Şou-biznes

"İki uşağım pəncərədən düşürdü, güclə tutdum" - Xuraman Şuşalı

7 İyul 2020 11:48
Baxış: 3 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xuraman Şuşalı övladları ilə bağlı başına gələn hadisəni sosial şəbəkədə bölüşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi prodüser Tarix Əliyevin (Tolik) paylaşımına rəy yazarkən uşaqlarının ölümdən döndüyünü vurğulayıb. O bildirib ki, karantin günlərində 4 uşaqla evdə qalmaq çətindir:

"Yerdə sürünə-sürünə bu vəziyyətdə idim. Elə bil uşaqlar üstümdən məni tapdalaya-tapdalaya keçirdi. İki uşağımı güclə pəncərədən tutdum. Şükür, Allah qorudu. Saniyə söhbəti oldu. İkisi də birdən düşürdü. Artıq dözə bilmirəm".

Qeyd edək ki, Elçin adlı rejissorla evli olan müğənninin 4 övladı var.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.