Şou-biznes

"O olmasın, bu olsun"da yeganə kişi Məşədi İbaddır"

29 İyun 2020 19:14
Baxış: 2 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Rafael İsgəndərov "Ağ və qara" proqramının qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor tamaşalarına görə başının çox vaxt bəlaya girdiyini deyib. "Bu şəhərdə"nin üzvü bir həkimlə yaşadığı qalmaqalı danışıb:

"Bəzən tamaşalardan sonra problem yaşayırıq. Sürücülük vəsiqədi almaq üçün poliklinikaya getdim. Oradan müayinədən keçməli idim. Həmin ərəfədə də bir səhnəmiz olmuşdu ki, adam gəlir klinikaya rüşvət verir, kağız alır. Dəhlizdə gözlədiyim an qadın çıxdı mənə nələr dedi... Abrımı ətəyimə bükdü: "Utanmırsız məni göstərirsiz? Bütün Bakı mənə zəng etdi ki, səni göstərdilər. Sizi sevirdim, indi zəhləm gedir". Qadın bir qışqırır ki... Bütün dəhliz də adamla doludur. Biz səhnəcikdə kişiləri göstərmişdik, qadın yox.

Baş həkim gəldi məni otağına apardı, sakitləşdirdi".

Sevgi ilə bağlı suallara R.İsgəndərov "Eşq, məhəbbət, uşaqlıq olmasa olmaz. Aktyorda eşq hər zaman yaşamalıdır. Doğrudan da "Eşqin məhəbbəti düşüb canıma" mahnısını çox sevirəm" cavabını verib.

Aktyor "O olmasın, bu olsun" tamaşasına dəvət aldığını, amma imtina etdiyini söyləyib:

"Teatrlardan birində "O olmasın, bu olsun" hazırlanırdı. Mənə dedilər ki, Məşədi İbadı oynayarsan? cavab verdim ki, yox. Komediya olsa da, ən ciddi obrazdır. O filmdə varsa-yoxsa yeganə kişi Məşədi İbaddır: ibadətin edir, halal yolla evlənmək istəyir, dinin icazə verdiyi şeylər edir. rüstəm bəy qızını qumarda uduzur, biri alfonsluq edir, digəri şantajla məşğuldur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.