Şou-biznes

"Artıq ikinci dəfədir ki, saçlarımı keçəl qırxmaq məcburiyyətində qalıram" - FOTO

29 İyun 2020 09:59
Baxış: 8 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Tünzalə Əliyeva yenidən saçlarını keçəl etdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xərçəngdən əziyyət çəkən aktrisanın kimyaterapiyadan sonra saçları tökülməyə başlayıb.

"Toppuş bacı" ləqəbli aktrisa görüntüsünü İnstaqramda paylaşaraq "Artıq ikinci dəfədir ki, saçlarımı qırxmaq məcburiyyətində qalıram. İnşallah, üçüncü dəfə qırxmaq məcburiyyətində qalmayacam. Gözəl həkimlərim sayəsində sağalacam. Dualarınızı əskik etməyin" sözlərini yazıb.

Qeyd edək ki, T.Əliyeva əvvəl uşaqlıq yolu xərçəngindən əziyyət çəkirdi. Daha sonra onun böyrək damarlarında şiş tapılıb.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.