Şou-biznes

Günay məhkəmədə sevgilisini bıçaqladığını etiraf etdi

25 İyun 2020 12:14
Baxış: 3 708
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Model Günay Musayeva və iş adamı Taha Tatlıcı arasındakı mübahisə bitmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir müddət əvvəl sevgilisini bıçaqladığı iddia edilən Günay hakim qarşısına çıxıb. Bir müddət əvvəl xəbərlərin yalan olduğunu deyən model bu dəfə fərqli ifadə verib.

Musayeva Tahanı bıçaqladığını etiraf edib:

"Hadisə baş verən gecə sevgilimlə şam yeməyinə çıxdıq, spirtli içki içdik. Sonra mənim evimə gəldik. Evdə sərxoş idik, aramızda mübahisə başladı. Taha məni vurdu. Mətbəxə keçib meyvələrin yanındakı bıçağı götürdüm. Özümü qorumaq istəyirdim. Üstümə hücum çəkəndə yaxınlaşmamasını dedim, bıçağı kənara çəkmək istəyəndə qoluna dəydi. Hadisədən sonra yenə barışdıq. Hakimin ədalətli qərar verəcəyinə inanıram".

Qeyd edək ki, günay türkiyəli aktyor Tolqa Karellə ailə qurub. Bir neçə il əvvəl cütlük boşanıb. Onların bu nikahdan bir oğlu var.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.