Şou-biznes

Xalq artisti Rəmiş: “Alveri bacarmıram, mağazada işləyə bilmərəm”

20 İyun 2020 23:59
Baxış: 2 963
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rəmiş" təxəllüsü ilə məşhurluq qazanan, gitara ustadı, Xalq artisti Rafiq Hüseynov səhhətindən söz açıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Xəzər" televiziyasında yayımlanan "X Maqazin" proqramının kamerası önünə keçən 75 yaşlı sənətkar təngnəfəslikdən əziyyət çəkdiyini bildirib:

"Təngnəfəs oluram. Nazı adında həkim xanım var, qonşuluqda yaşayır. Onu çağırıram mənə dərman vurur düzəlirəm".

Ömür-gün yoldaşı Güllü Hüseynovadan bir dəqiqə belə ayrılmayan Rəmiş "Güllü ilə mən bir-birimizə qulluq edirik. Evdə ikimizik, başqa heç kim yoxdur", - deyib.

Xalqın sevilən sənətkarı kənarda heç bir biznesinin olmadığını bildirib: "Alveri bacarmıram, mağazada işləyə bilmərəm. Ancaq işim musiqidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.