"Rəmiş" təxəllüsü ilə məşhurluq qazanan, gitara ustadı, Xalq artisti Rafiq Hüseynov səhhətindən söz açıb.
Milli.Az oxu.az-a istinadən bildirir ki, "Xəzər" televiziyasında yayımlanan "X Maqazin" proqramının kamerası önünə keçən 75 yaşlı sənətkar təngnəfəslikdən əziyyət çəkdiyini bildirib:
"Təngnəfəs oluram. Nazı adında həkim xanım var, qonşuluqda yaşayır. Onu çağırıram mənə dərman vurur düzəlirəm".
Ömür-gün yoldaşı Güllü Hüseynovadan bir dəqiqə belə ayrılmayan Rəmiş "Güllü ilə mən bir-birimizə qulluq edirik. Evdə ikimizik, başqa heç kim yoxdur", - deyib.
Xalqın sevilən sənətkarı kənarda heç bir biznesinin olmadığını bildirib: "Alveri bacarmıram, mağazada işləyə bilmərəm. Ancaq işim musiqidir".
Milli.Az