Şou-biznes

“Hər yerdə danışır ki, guya mən xəyanət etmişəm”

13 İyun 2020 12:36
Baxış: 3 022
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxana ifaçısı Namiq Qaraçuxurlu xəyanətə məruz qaldığını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi MTV-nin efirində qonaq olarkən vaxtilə sevgilisinin onu aldatdığını qeyd edib.

N. Qaraçuxurlu ayrıldıqdan sonra sevgilisinə xəyanətdən xəbərdar olduğunu bildirib: "Dostluqda da, sevgidə də xəyanət olub.  Çox zərbələr almışam. Kişi olduğum üçün bu barədə danışa bilməmişəm. Hətta qarşı tərəfin üzünə belə vurmamışam, elə bilib ki, xəbərsizəm. İllər sonra xəyanətini ona demişəm, şoka düşüb. Üzə baxın ki, o insan hər yerdə gedib danışır ki, guya mən xəyanət etmişəm".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.