Şou-biznes

Pərvin və rəfiqələri karantin qaydalarını belə pozdular - VİDEO

13 İyun 2020 12:00
Baxış: 8 876
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda doğum günü mərasimi təşkil olunmaqla ölkədə tətbiq edilən karantin qaydaları pozulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan da göründüyü kimi, məclisdə xeyli sayda insan iştirak edib.

Bu isə bilavasitə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə ziddir.

Qeyd edək ki, doğum günü məclisində tanınmış aktrisa Pərvin Abıyeva da olub. O, görüntülərdə qızlardan birinin qucağına oturaraq rəqs etməyə başlayır.

Xatırladaq ki, xüsusi karantin rejiminin tələbinə görə ölkə üzrə bütün kütləvi tədbirlərin keçirilməsi (toy, yas, doğum günü və s.) qadağandır, eləcə də 10-dan çox insan bir yerə toplaşmamalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.