"Burnumu üç dəfə əməliyyatı etdirmişəm" - Aparıcı plastik əməliyyatlara xərclədiyi məbləği açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Burnum bahalıdır, üç dəfə əməliyyat etdirmişəm. Bu da öz günahımdan, naşılığımdan olub".
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri məşhur teleaparıcı Afaq Gəncəli ARB səhər şousunda qonaq olarkən deyib.
Teleaparıcı keçirdiyi plastik əməliyyatlarından söhbət açıb:
"Birinci dəfə rinoplastika əməliyyatı etdirəndə cərraha dedim ki, burnuma çox müdaxilə etməyin. Kənardan baxanda bilinməsin ki, əməliyyat olunub. Dedim ki, kənarlarından yığın, həkim isə bildirdi ki, ucuna da əl vurmalıyam. Həkimlə həkimlik etdim (gülür - red.), mən deyən kimi əməliyyat etdi.
Bir neçə ildən sonra nəfəs almaqda problemlərlə üzləşdim. Məcbur olub getdim "lor" həkimin yanına. Nəfəs almamı düzəltdi, estetik cəhətdən isə köhnə burnum qaldı. Əl dəymədi.
Sonra gördüm ki, burnumda heç bir dəyişiklik yoxdur. "Atalar üç dəfədən deyib" getdim üçüncü dəfə əməliyyat etdirdim. Amma artıq əməliyyatlara "stop" qoymuşam.
Bədən şəkilləndirici, yəni liposaksiya əməliyyatı da etdirmişəm. Amma bununla yanaşı, pəhriz saxlayıram və idman edirəm. Beləliklə də, formada qalıram. Əməliyyat etdirəndən sonra mütləq yediyin qidaya fikir verib, idmanla məşğul olmalısan. Misal uçün, Xatirə İslam əməliyyat etdirəndən sonra arıqlasa da, üstündən bir neçə ay keçdi, yeməyinə diqqət etmədi və kökəldi".
"Əməliyyatlarına nə qədər pul xərcləmisən?" sualına Afaq "Dörd əməliyyatıma 10 min manat xərcləmişəm" cavabını verib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Manaf Ağayevə ağır itki
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Ülviyyə Əliyevaya ağır itki
-
Ayrılıqları qısa çəkdi: Məşhur cütlük yenidən bir araya gəldi - (Foto)
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
XƏBƏR LENTİ
-
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verilib
-
Ət qiymətləri ilə bağlı nazirdən açıqlama
-
Zərifə Nəcəfova vəfat etdi
-
İşimizi şansa buraxmayaq! Avtomobilinizin şassi nömrəsini (VIN) yoxlamaq təhlükəsizliyiniz üçün niyə vacibdir?
-
Zidan Arda Güler və Bellinqem arasında seçimini etdi
-
Zaqatalada narkotik əməliyyatı: 1,5 kiloqram narkotik götürüldü
-
Formula-2: Qırmızı bayraq qaldırıldı - Yenilənib
-
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub
-
"Şəfa" Tiaqo Silvanı transfer etdi
-
Rusiyada parlament seçkiləri başa çatdı: Putinin partiyasından rekord nəticə
-
Bakıda anbarda güclü yanğın başladı
-
Nəcəf hava limanı İran reyslərini dayandırdı
-
Ölkəmizdə təbii resurslardan istifadəyə yeni yanaşma formalaşır - Kamaləddin Qafarov
-
Fan Forumda Formula 1 coşqusu: Azarkeşlər pilotlarla görüşdü - (Foto)
-
Putin Britaniyadakı səfiri vəzifəsindən azad etdi
-
Azərbaycanda sahibkar işçisinin müalicəsinə görə 100 minlərindən keçdi – Özü danışdı - (Video)
-
Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - (Video)
-
Burak Yılmazın yeni iş yeri bəlli oldu
-
Maks Ferstappen sərbəst yürüşdə ən yaxşı nəticəni göstərdi - Yenilənib
-
Tramp ona qartal heykəli hədiyyə etdi
-
Onların maaşının artırılması üçün 550 milyon ayrılır
-
Formula 1 Azərbaycan Qran-Prisində qəza
-
50 və 64 nömrəli marşrutların hərəkət sxemi dəyişdirildi
-
ABŞ-dən Ukraynaya yeni təklif: Üçtərəfli görüş Əbu-Dabidə keçirilə bilər





