"Burnumu üç dəfə əməliyyatı etdirmişəm" - Aparıcı plastik əməliyyatlara xərclədiyi məbləği açıqladı

3 İyun 2020 12:24

"Burnum bahalıdır, üç dəfə əməliyyat etdirmişəm. Bu da öz günahımdan, naşılığımdan olub".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri məşhur teleaparıcı Afaq Gəncəli ARB səhər şousunda qonaq olarkən deyib.

Teleaparıcı keçirdiyi plastik əməliyyatlarından söhbət açıb:

"Birinci dəfə rinoplastika əməliyyatı etdirəndə cərraha dedim ki, burnuma çox müdaxilə etməyin. Kənardan baxanda bilinməsin ki, əməliyyat olunub. Dedim ki, kənarlarından yığın, həkim isə bildirdi ki, ucuna da əl vurmalıyam. Həkimlə həkimlik etdim (gülür - red.), mən deyən kimi əməliyyat etdi.

Bir neçə ildən sonra nəfəs almaqda problemlərlə üzləşdim. Məcbur olub getdim "lor" həkimin yanına. Nəfəs almamı düzəltdi, estetik cəhətdən isə köhnə burnum qaldı. Əl dəymədi.

Sonra gördüm ki, burnumda heç bir dəyişiklik yoxdur. "Atalar üç dəfədən deyib" getdim üçüncü dəfə əməliyyat etdirdim. Amma artıq əməliyyatlara "stop" qoymuşam.

Bədən şəkilləndirici, yəni liposaksiya əməliyyatı da etdirmişəm. Amma bununla yanaşı, pəhriz saxlayıram və idman edirəm. Beləliklə də, formada qalıram. Əməliyyat etdirəndən sonra mütləq yediyin qidaya fikir verib, idmanla məşğul olmalısan. Misal uçün, Xatirə İslam əməliyyat etdirəndən sonra arıqlasa da, üstündən bir neçə ay keçdi, yeməyinə diqqət etmədi və kökəldi".

"Əməliyyatlarına nə qədər pul xərcləmisən?" sualına Afaq "Dörd əməliyyatıma 10 min manat xərcləmişəm" cavabını verib.

Milli.Az