Şou-biznes

"Saçıma, makiyajıma verdiyim pula, gedirlər yarım saat oxuyurlar” - Afət - VİDEO

20 May 2020 17:22
14 Şərh     Baxış: 3 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ARB TV-nin "Ona qalsa" verilişində müğənni Afət Fərmanqızının maraqlı video müsahibəsi nümayiş olunub.

Milli.Az bildirir ki, müğənni yaşlı xalq artistlərinin onu qısqanmasından danışıb:

"Xoşbəxt bəndəyəm ki, atdığım addımlar yaşlı-yaşlı xalq artistləri tərəfindən qısqanclıqla qarşılanır.  İnsanlarımız görür ki, Afət Gəncədən, Lənkərana, Lənkərandan Moskovaya və digər yerlərə toya gedir, qısqanırlar. Elə olub ki, 4 gün yatmamışam".

Afət Fərmanqızı müğənni Əli Mirəliyevin onu tənqid etməsinə münasibət bildirib:

"İndi Əli Mirəliyev deyəcək ki, mən də hər gün toy oxumuşam. Əli müəllim, sizin dönəminizdə hər şey başqa idi. Tutaq ki, sizin dönəminizdə ən bahalı maşın "VAZ 2107", və yaxud da "Volqa" idi. Bu gün zaman dəyişib. Demokratik və gözəl ölkədə yaşayırıq. Xalqın istəyi ilə gedib onların toyunu oxuyuram. Zorla camaatın toyunu necə gedim oxuyum? Mənim saçıma, makiyajıma verdiyim qonorara gedirlər yarım saat oxuyurlar. Onda da paxıllıq yaranır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.