Şou-biznes

“Elə şişirdirlər ki...” - Əhməd mahnı oğurluğundan danışdı

15 May 2020 11:29
4 Şərh     Baxış: 1 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin tanınmış ifaçısı Burayın mahnısını oğurlamaqda ittiham olunan müğənni Əhməd Mustafayev mövzu barədə açıqlama verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi MTV-yə danışarkən iddiaların doğru olmadığını, çalışdığı şirkətin səhvə yol verdiyini söyləyib: "Mənim üçün mahnı problemi olmayıb. Oğurluğu o müğənni edər ki, mahnısı olmaz, bəstəkara pul verib alar. Yutub işlərimə baxan şirkət səhv etmişdi. Bilən kimi klipi dərhal sildim. Burayın özünə də yazdım. Bu şeyləri elə şişirdirlər ki...

Bizim mahnılarımız var ki, Türkiyədə müəllifləri anonim kimi təqdim olunur. Onda biz çoxdan məhkəməyə verərdik. Buray paylaşmamışdan qabaq məndən soruşardı, izah edərdim. Ciddiyə almıram. Sonra qapanıram, yaradıcılığıma təsir edir".

Qeyd edək ki, Buray bir neçə gün bundan əvvəl instaqramda post paylaşaraq "Evdə qal" adlı mahnı, klip və sözlərinin Əhməd tərəfindən mənimsədildiyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.