Şou-biznes

Niyam Salami: “Karantində bir qəpiksiz qaldım”

10 May 2020 16:34
1 Şərh     Baxış: 3 319
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirus başıma ağıl gətirdi. Bir də qələt edib, evin fonduna əl vuraram.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu sözləri müğənni Niyam Salami ARB TV-də yayımlanan "Söhbət var" axşam şousunda qonaq olarkən deyib.

Açıqlamaları ilə şou əhlinin yuxularını ərşə çəkən sənətçi karantin günlərində pulsuz qaldığını etiraf edib:

"Evdə bir qəpik pul saxlamadım. Evin fondundakı bütün pulları xərclədim. Pulları lentə aldığım mahnıların aranjemanlarına verdim. Təkcə buna da deyil, evin təmirinə və s. yerlərə xərclədim. Kasıb dostlarım mənə yardım əlini uzatdılar. Çörəksiz qalmamışdım. Amma sönüb getmişdim. Özümə qapanmışdım. Mənə məhz onlar çətin günümdə dayaq çıxdılar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.