Şou-biznes

Azərbaycana qayıda bilməyən Damla: “Anamla oğlumu görə bilmədiyim üçün ağlayıram...”

7 May 2020 15:24
7 Şərh     Baxış: 4 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda mart ayından etibarən xüsusi karantin rejimi tətbiq olunduğu üçün müğənni Damla da Rusiyadan Bakıya qayıda bilmir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlcə müğənni Rəqsanə İsmayılovanın evində qalan, daha sonra otelə yerləşən sənətçi karantin qaydalarının yumşaldılmasından yararlanaraq köməkçisi ilə Dərbəndə yola düşüb.

Bir neçə gündür Dağıstanda olan ifaçı 1 aydan çoxdur oğlu və anasını görə bilmir. Sosial şəbəkədə tez-tez status yazan Damla tezliklə sərhədlərin açılacağına ümid etdiyini qeyd edib:

"Gözləmək qədər bərbad bir duyğu yoxdur. Artıq səbrimin son damlalarını yaşayıram.Hər sabah bir ümid, bir işıqla oyanırsan..... Amma yenə də ümidlərin puça dönür. Evinə dönmək üçün saatları sayırsan. Əlindən heç nə gəlmir deyə yenidən növbəti günləri hesablamağa başlayırsan. Gecə düşən kimi səhər açılacaq deyə yenə saatın əqrəblərini hesablayırsan. Səhər açılan kimi bu gün yenə də balamı, anamı görmədim deyə yastığımı qucaqlayıb ağlayıram. Nəfəs ala bilməmək bu imiş demək. Çox darıxıram".

Qeyd edək ki, Damla Novruz bayramı ilə bağlı Moskvada təşkil olunan konsertdə iştirak etmiş, lakin Rusiya sərhədləri bağladığı üçün Bakıya qayıda bilməmişdi.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.