Şou-biznes

Natavan və Röya qalmaqalına Səidə də qoşuldu: Yazıq, ideya mənbəyidir

4 May 2020 10:09
13 Şərh     Baxış: 4 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gündür Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi arasında gedən imic qalmaqalına bu dəfə Səidə Sultan da qoşulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Natavan yeni klipi üçün saçlarını qaynaqla uzadıb. Röya isə yeni fotosessiyası üçün saçlarını eyni formada edib və obyektiv qarşısına keçib. Səidə isə Röyanın onun bir neçə ay əvvəl etdirdiyi fotosessiyasını təkrarladığını iddia edib.

Natavan və Röya hər gün İnstaqramda hekayə bölümündə yeni bir foto yayımlayaraq tarix yazaraq, ilk özünün bu addımı atdığını iddia etməyə çalışıb.

Bu dəfə isə Səidə İnstaqramında köhnə fotosessiyasından bir görüntü yayımlayıb. O, paylaşımına "Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm. Ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir" sözlərini yazıb.

Natavan isə həmkarının paylaşımına "İdeya mənbəyidir ey... Gündə bir şey fikirləşir yazıq" şərhini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.