Şou-biznes

"Güzgüyə baxıram və yaşlandığımı görürəm"

3 May 2020 18:00
8 Şərh     Baxış: 3 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Güzgüyə baxıram və yaşlandığımı görürəm. Üstəlik anama bənzəməyə başladım və bu, çox xoşuma gəlir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İradə İbrahimova İnstaqram səhifəsində yazıb. Sənətçi qadın gözəlliyindən bəhs edib. Qocaldığını vurğulayan İbrahimova getdikcə anasına daha çox bənzədiyini qeyd edib:

"Gözəlliklə bağlı hər kəsin fikri fərqlidir, amma mən bir qadında ən çox ağıllı, düşüncəli olmağı, özünü qarşısındakı insanın yerinə qoyaraq, onun duyğu və düşüncələrini düzgün başa düşməyə çalışmağını çox sevirəm. Zehn boşsa, ürək qaranlıqdırsa, bunu ört-basdır edə biləcək heç bir makiyaj vəsaiti yoxdur.

Xarici gözəlliyə baxmayın, siz qarşınızdakı insanın ürəyinizə əmanət etdiyi sözlərə, davranışa, əxlaqa baxın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.