Şou-biznes

Min manatlıq ətir vuran Günay: “Ulduz həyatı yaşamasaq, bizə hörmət qoymazlar” - FOTO

2 May 2020 11:14
18 Şərh     Baxış: 3 505
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Günay İbrahimli "Xəzər TV"də yayımlanan "5/5" axşam şousunda maraqlı açıqlamaları gündəmə səs salıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, verilişin aparıcısı Zaur Kamal şouya qatılan sənətçiyə "Vurduğun ətir bizi valeh etdi. Ətrin markası hansı və qiyməti nə qədərdir?" sualı ilə müraciət edib.

İbrahimli utanaraq bu cavabı verib: "Vurduğum ətir "Jo Malone" markasının ən son kolleksiyasındandır. Qiyməti isə 1000 manatdır".

Aparıcının "Əsl ulduz necə olmalıdır?" sualına Günay "Əsl ulduz həyatını Xalq artistləri Aygün Kazımova və Röya Ayxan yaşayır", - deyərək, fikirlərini belə davam etdirib:

"Ulduz həyatı tamam başqa cür olur. Biz də bu həyatı yaşayırıq. Ulduz həyatını yaşamasaq, bizə hörmət qoymazlar. Ulduzluq insanın içindən gəlir. Artıq uzaqdan gələndə hiss edirsən ki, ulduz gəlir. Ulduz işığı olmalıdır. O işıq ya var, ya da ki olmur".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.