Şou-biznes

"Aparıcılıq da vəzifə deyil ki, ora təyinat olsun"

27 Aprel 2020 12:56
0 Şərh     Baxış: 2 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Aydan Axundova iki aya yaxındır aparıcısı olduğu AzTV ilə yollarını ayırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Aydanın ona verilən əmək haqqı ilə qane olmadığı üçün belə addım atdığı iddia olunub.

Axundovanı yanvar ayından Space TV ilə yollarını ayıran aparıcı Mehin Hümbətova əvəzləyib.  Artıq onun ilk çəkilişi baş tutub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yeni aparıcı ilə bağlı məlumatı qafqazinfo-ya təsdiqləyib. Qeyd olunub ki, aparıcı şərtlərlə razılaşmadığı üçün kanalla yollarını ayırıb:

"Kanalda aparıcıların əvəzlənməsi normal prosesdir. Bir şeyi qeyd edək, aparıcılıq da vəzifə deyil ki, ora təyinat olsun. Sadəcə, aparıcılıq etdi, şərtlər ürəyincə olmadı və qarşılıqlı razılıq əsasında verilişi tərk etdi".

Qeyd edək ki, layihənin ilk aparıcısı Hüsniyə Məhərrəmova olub. O, xarici bir şirkətlə əməkdaşlığa başladığı üçün işdən ayrıldığını açıqlayıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.