Şou-biznes

"Təxribat təkcə Afaq xanıma yox, bir çox tanınmış simalara aiddir"

22 Aprel 2020 09:36
38 Şərh     Baxış: 10 353
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Tahir İmanov Xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.

Milli.Az bildirir ki, Əməkdar artist ölkə.az-a açıqlamasında dünənki hadisəylə bağlı bunları deyib:
''Təəssüf edirəm ki, təxribat təkcə Afaq xanıma yox, bir çox tanınmış simalara aiddir. Çoxları bilərəkdən bir mövqedə dayanaraq qalmaqal yaradır. İstənilən sözü kontekstdən çıxarıb, mövzunu şişirir və özünün xoşuna gəldiyi formada təqdim edirlər. Məlumdur ki, bununla da qalmaqal yaranır. Eyni vəziyyət bir neçə ay öncə mənim dostum, həmkarım Murad Dadaşovla bağlı da yaranmışdı.

Neftlə bağlı olan ifadəsini kontekstdən çıxarıb, düzgün formada təqdim etməmişdilər. Afaq xanım da dəfələrlə qeyd edib ki, siz mənim sözlərimi düzgün təqdim etmirsiniz. Dünənki mövzuya gəlincə, etiraf edim ki, mövzudan xəbərim yoxdur. Xəbərim olmadığı üçün də öncə Afaq xanımla əlaqə saxlayıb, hər şeyi özündən öyrənməliyəm''.

Qeyd edək ki, ötən gün Xalq artisti Afaq Bəşirqızı ARB TV-də yayımlanan "Elgizlə izlə" proqramında işlətdiyi qeyri-etik ifadələrlə gündəmə gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.