Şou-biznes

Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə

21 Aprel 2020 22:16
11 Şərh     Baxış: 19 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar incəsənət xadimi Aşıq Zülfiyyə İbadovanın həyat yoldaşı Sakit İbadov bədbəxt hadisə ilə üzləşib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə sazın mahir ifaçısı "Xəzər TV"də yayımlanan "5/5" axşam şousunda qonaq olarkən məlumat verib.

Aşıq Zülfiyyə həyat yoldaşı Sakitin ev təmiri zamanı barmağını "laqonda" aparatı (elektrik mişarı - red.) ilə kəsdiyini açıqlayıb:

"Evdə təmir işlərinə başladıq. Sakitə dedim ki, ustaya deyək, gəlib köməklik etsin. O isə sözlərimə qulaq asmadı və başına belə bədbəxt hadisə gəldi. Amma Sakit hər işi bacarır. Hazırda əli sarğıdadır, vəziyyəti isə yaxşıdır".

Qeyd edək ki, bu il evliliklərinin otuz illini qeyd edəcək Aşıq Zülfiyyə ilə Sakit İbadovun Babək adlı bir oğlan övladları var. Babək İbadov da müğənni kimi fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.