Şou-biznes

"Həmin videodan sonra həyat yoldaşım..." - Ülvi Həsənli SİRLƏRİNİ AÇDI

20 Aprel 2020 07:14
15 Şərh     Baxış: 5 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Ülvi Həsənli Ramiz Hüseynzadənin aparıcısı olduğu "Arı bazarı" verilişində bir müddət öncə yayılan intim videosu barədə danışıb.

Milli.Az xəbər verir ki, Həsənli həmin ərəfədə bir sıra sənət yoldaşlarının ona dəstək olmadığını bildirib:

"Hətta bəziləri saxta profillər açıb məni təhqir edirdilər. Günlərlə qaranlıq otaqda oturub fikirləşirdim. Yazırdılar ki, sən niyə özünü öldürmürsən? Özümü niyə öldürməliyəm ki? Anar Nağılbaz, Hüseyn Dərya kimi sənətçiləri də belə adamlar öldürdülər. Amma mən çox güclü insanam".

Ü.Həsənli həyat yoldaşı barədə isə bunları deyib:

"Həyat yoldaşım mənə dəstək oldu, yazılan şərhlərə dözdü. Və bütün bunların nəticəsində övladımız vaxtından tez dünyaya gəldi. Mənə bilirsiz ən çox təsir edən nə oldu? Bəziləri bunu da başqa yerə yozurdular. Halbuki uşaq həyat yoldaşımın keçirdiyi gərginlik nəticəsində vaxtından tez dünyaya gəlmişdi. Hətta həkimlər həyat yoldaşımın həyatda qalmaq şansını əlli faiz dəyərləndirirdilər. Çox şükür ki, pis günlər arxada qaldı və mən əsl dostıarımı tanıdım".

Qeyd edək ki, daha çox stand-up sənətçisi kimi tanınan Ülvi Həsənlinin bir müddət öncə bir qadınla intim görüntüləri yayılmışdı. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.