Şou-biznes

“Heç başımı da daramıram” - Dilarənin karantin günlüyü

16 Aprel 2020 14:26
1 Şərh     Baxış: 4 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 14-ündən evdəyəm. Heç eyvana da çıxmamışam.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişində deyib.

O, karantin günlərini necə keçirməsi barədə sualları cavablandırıb:

"Mənə elə gəlirdi ki, bir qadın özünə görə bəzənir. Karantin vaxtı kəşf etdim ki, auditoriya yoxdursa, heç başımı da daramıram. Xəbər gəldi ki, efirə çıxacam. Özümə əl qatmışam, saçımı da özüm rəngləmişəm. Anlayanda ki, çıxış yolu yoxdur situasiyaya uyğun hərəkət edirəm. Kitablar oxuyuram. Tərcümə etdiyim bir əsər var idi, yarımçıq qalmışdı. Onu tamamlamağa çalışıram. Kinolarım, seriallarım var. Onlara baxıb ağlayıram, sevinirəm. Evdə ən böyük əyləncə yeməkdir. Koronavirusdan "korona" olaraq çıxmaq istəmirəm. İdman edirəm. Karantinlə bağlı maraqlı "stand up" hazırlayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.