Şou-biznes

Nahidə Orucova qızının toyuna niyə sənət adamlarını çağırmayıb?

15 Aprel 2020 19:09
11 Şərh     Baxış: 3 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Nahidə Orucova qızı Bilqeyisin toyuna sənət dostlarını çağırmamasının səbəbini açıqlayıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Gəl dərdini danış" verilişində həmkarlarının, dostlarının ondan küsdüyünü söyləyib:

"Heç kimi çağıra bilmədim. Hətta iş yerimdən kiməsə deyə bilmədim. Toyu uşağımın atası etdi. Məsləhət oldu ki, az adam gəlsin. Məndən inciyən dostlarıma səslənirəm ki, yubileyim olacaq. Hamını ora çağıracam. Mən də istəyərdim yaxınlarım toyda yanımda olsun. Amma orada yalnız bir ana kimi yer aldım. Toyda ancaq mənim tərəfdən bacım var idi".

Qeyd edək ki, Nahidənin qızı Xalq artisti Fidan Qasımovanın oğlu Fəridlə ailə qurub. Aktrisanın qızı 12 yaşından atası ilə yaşayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.