8 gün əvvəl TV8 telekanalında yayımlanan "Survivor" yarışını tərk edən Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevin yenidən dünyanın ən çətin yarışına qaytarılacağı söz-söhbətini aydınlıq gətirilib.
Milli.Az xəbər verir ki, yarışı tərk etməsinə baxmayaraq koronavirus səbəbiylə "Survivor"un keçirildiyi Dominikandan Bakıya qayıda bilməyən Pərvizin yenidən yarışa qaytarılacağı ilə bağlı iddialara layihənin və telekanalın rəhbəri Acun Ilıcalı cavab verib.
Dünyanın ən çətin yarışının aparıcısı və rəhbəri olan Acun dünən İnstaqram hesabından canlı yayım edib. Aparıcıya canlı yayım zamanı ünvanlanan sualların çoxu da məhz Pərvizlə bağlı olub. Qısa zamanda Türkiyə tamaşaçılarının da sevgisini qazanan azərbaycanlı iştirakçının yenidən eyni sezonun yarışına qaytarılmayacağı məlum olub. Acun Pərvizin geri qaytarılmasının mümkünsüz olduğunu bildirib. Onun ardınca Pərviz də canlı yayım açaraq bu mövsümlük "Survivor" macərasının onun üçün bitdiyini, lakin, "AllStar" komandasının tərkibində qarşıdakı illərdə sözügedən yarışda daha güclü şəkildə iştirak etmək üçün çalışacağını sözlərinə əlavə edib.
Məhəmməd Vaqif
Milli.Az