Şou-biznes

"Xalq artisti" adından utan" - Zöhrə Abdullayevadan sərt sözlər

3 Aprel 2020 16:29
9 Şərh     Baxış: 7 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oxuya bilmirlər, xarici boğazlar edirlər. Sənin nə ixtiyarın var Hacı Xanməmmədovun mahnısına xarici boğaz edəsən?".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Zöhrə Abdullayeva "Gündən günə" verilişində deyib. Müğənni sənətə yeni gələn ifaçılardan söz açıb:

"Gənc müğənnilər yetişir, amma yaxşı oxumurlar. Siz bizim əvvəlki sənətkar mahnılarımızı oxuyun. Onda sənətçi ola biləcəksiniz.

Xalq artistimiz var ki, elə əcayib oxuyur ki... Sizə qurban olum, etməyin. Fəxri adından, Xalq artisti olmağından utan.

İncəsənətdə səhvsiz insan yoxdur. Amma ehtiyatlı olmalısan, elə etməlisən ki, xalqın gözündən düşməyəsən. Bəziləri var, qəhqəhə ilə gülür, nələr edir. "Vulqar" olmaq olmaz. Səbr kasam dolub, əvvəl belə danışmırdım. Nə işimə qalmışdı hansı Xalq artisti necə oxuyur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.