Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu pandemiya elan olunan koronavirusla mübarizəylə bağlı foto paylaşıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, N. Qaraçuxurlu ATV telekanalının efirində aparıcı və digər qonaqlarla şəkil çəkdirərək özünün instaqram hesabında paylaşıb. Meyxanaçı bu zaman "şəkil çəkdirərkən də məsafə saxlayaq", - deyə qeyd edib.
Bununla da virusun yayılmasının qarşısını almaq üçün ünsiyyət zamanı məsafə saxlamağın zəruri olduğunu təbliğ edib.
Qeyd edək ki, rəsmi qurumlar tərəfindən virusdan qorunmaq üçün vətəndaşlara bir-birindən ən azı 2 metr aralı gəzmək, dayanmaq tövsiyə edilir.
Milli.Az