Şou-biznes

Koronavirusa görə nişanı təxirə salınan Sevda sevgilisi ilə görün necə tanış olub - FOTO

19 Mart 2020 14:54
7 Şərh     Baxış: 7 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nişanı təxirə salınan Müğənni Sevda Yahyayeva "5/5"də qonaq olub. 

Milli.Az xəbər verir ki, aparıcı Zaur Kamal efirdə cütlüyün bir toy məclisində tanış olduqlarını deyib.

Gənc sənətçi aparıcının sözlərini təsdiq edərək nişanının nə zaman baş tutacağını da açıqlayıb:

"Gələcək həyat yoldaşım haqqında yazırlar genetik-laborant, amma həkim-genetikdir. Əsas odur ki, çox gözəl insandır. Sənətimə qarışmayacaq. Nişan keçdi. Əsas odur ki, hər kəs bu dəqiqə karantindədir. Ölkədə çox ciddi bir vəziyyətdir. Hər şeydən önəmlisi insanların sağlamlığıdır deyə, karantin davam edir. Nişan karantin bitdikdən sonra olacaq". 

Qeyd edək ki, martın 17-də baş tutması planlaşdırılan məclisin vaxtı qeyri-müəyyən tarixə qədər uzadılıb. Sevda dəvət etdiyi qonaqlarla əlaqə saxlayaraq, nişanın reallaşmayacağını bildirib. O, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq belə bir addım atıb. Sənətçi Zakir Bayramovla ailə qurmağa hazırlaşır.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.