Şou-biznes

Azərbaycanlı aktyor koronavirus qadağasına saatlar qalmış özünə TOY ETDİ - FOTO

16 Mart 2020 10:06
1 Şərh     Baxış: 15 524
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda tanınmış İnstagram fenomeni, gənc aktyor Mənsur Şərif ailə həyatı qurub.

Milli.Az xəbər verir ki, aktyorun toyu dünən paytaxtın məşhur restoranlarından birində baş tutub.

Xatırladaq ki, cütlüyün nişan mərasimi keçən ilin noyabr ayında olmuşdu.

Qeyd edək ki, koronavirus təhlükəsi səbəbiylə Azərbaycanda martın 14-dən bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınsa da, toy məclisləri üçün iki gün güzəşt edilmişdi. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gündən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.