Şou-biznes

Toyuna hazırlaşan Sevda efirdə ŞOK YAŞADI - Həkim sevgilisinin adı... - FOTO

14 Mart 2020 12:29
Baxış: 44 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün əvvəl "Həri"si alınan müğənni Sevda Yahyayeva "Şən bazar" verilişində sürprizlə qarşılaşıb.

Milli.Az xəbər verir ki, sözügedən verilişə təşrif buyuran gənc aktyor Ruslan Sabirli əlindəki zərfi kənara qoyaraq Sevda ilə bir oyun oynamaq istədiyini bildirib.

Aktyor zərfin içindəkı kağıza rəqəmlər yazdığını bildirib. O, müğənniyə şəxsi telefonunu uzadaraq ekrana yeddi rəqəm yazmağını, rəqəmlərin üst-üstə düşəcəyi halda maraqlı bir hadisə ilə qarşılaşacağını bildirib. Sevda aktyorun şərtini qəbul edib. Müğənninin ekrana yazdığı rəqəmlərlə zərfdəki rəqəmlər üst-üstə düşüb. 

Müğənnini şoka salan hadisə isə Ruslan Sabirlinin növbəti istəyi zamanı baş verib. Aktyor Sevdaya konvertdən çıxardığı rəqəmləri tərsinə tutmağını və oradakı adı oxumağını istəyib. Sevda tərs tutduğu rəqəmləri oxuyarkən efirdə təəccübünü gizlədə bilməyib. Rəqəmlərin tərsinə oxunuşu "ZAKİR" idi. Bu müğənninin ailə qurmağa hazırlaşdığı həkimin adı olub. 

Aktyorun sürprizi aparıcı Zümrüdü və digər qonaqları da məəttəl qoyub.

Qeyd edək ki, Sevda Zakir Bayramov adlı həkimlə münasibətlərini rəsmiləşdirib. Onun nişanlısı "Leyla Şıxlinskaya" klinikasında genetik-laborant olaraq çalışır.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.