Şou-biznes

"Menecerim mənə təcavüz edib" - Sevinc polisə şikayət etdi

10 Mart 2020 17:04
0 Şərh     Baxış: 3 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə yaşayan müğənni Sevinc Ağaşirinova təcavüzə uğradığını deyərək, şikayət edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda türk mediası məlumat yazıb. Bildirilib ki, Sevinc meneceri tərəfindən təzavüzə məruz qalıb.

Karyerasına Türkiyədə davam etmək istəyən müğənni Levent M.-lə çalışmağa başlayıb. O, həmin şəxsin ona təcavüz etdiyini və sonra şantaja əl atdığını deyib. Polisə gedən Ağaşirinova şikayət ərizəsi yazıb.

Polis hazırda Levent M.-lə bağlı araşdırmaya başlayıb.

Hadisənin 2 il əvvəl baş verdiyi vurğulanıb. Onlar 5 ay birlikdə işləyiblər. Daha sonra Levent Sevincə ondan xoşu gəldiyini deyib və evlənmək istədiyini bildirib. O, "yox" cavabı aldığı halda onu Azərbaycanda biabır etməklə, Türkiyədə qalmasına imkan verməməklə, öldürməklə şantaj edib. Sevinc polisə Azərbaycandakı evini satıb, Leventə 300 min lirə verdiyini açıqlayıb.

Sevincin şikayəti əsasında Leventin 5 il həbs cəzası istənilib. Məhkəmə yaxın günlərdə qərar çıxaracaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.