Şou-biznes

"8 Martda qadınları təbrik eləmək mənə çatmır" - İzzət TƏƏCCÜBLƏNDİRDİ - FOTO

9 Mart 2020 11:47
30 Şərh     Baxış: 7 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

8 Martda qadınları təbrik eləmək mənə çatmır. Niyə? Açıqlamasın deyim - Deməli, ilin 12 ayı gözləməlisən ki, 8 Mart gəlsin qadını təbrik edəsən?!

Milli.Az xəbər verir ki, bu açıqlamanı "Ona qalsa" verilişində İzzət Bağırov verib.

Müğənni sözlərini belə əsaslandırıb:

"Hədiyyə vermək üçün bir səbəb olmamalıdır, bir özəl gün olmamalıdır. Sən hədiyyə vermək istəyirsənsə, ürəyndən keçirsə, hədiyyə alıb vermək, gedib hədiyyəni alıb gətirirsən ki, "Mən sənə bu gün bu hədiyyəni almışam sənə". Yəni, gözləmək lazım deyil ki, 8 mart gəlsin, gedim bir hədiyyə alım və xanımda gözləməmildir ki, 8 martda evdə məni təbrik edəcəklər. Təbrik hər gün, hər zaman ola bilər. Adicə şam yeməyi, hansısa bir rayona gəzməyə getmək, bunlar hamısı hansısa bir özəl gündə olmamalıdır. Yəni, bu gün ad günüdürsə, bu gün olsun, bu gün 8 martdırsa, bu gün olsun. "Sevgililər günü"nü mən heç saymıram, mənim üçün yoxdur belə bir şey".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.