Şou-biznes

“Onlar bir günlük qaranquşlardır” - Faiq Ağayevdən trenddəki müğənnilərə

8 Mart 2020 10:19
0 Şərh     Baxış: 1 776
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq Artisti Faiq Ağayev son zamanlar aktual olan bayağı mahnıların "trend"ə çevrilməsi mövzusundan danışıb.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, müğənni "MTV"yə açıqlamasında sözügedən bəstələrin öndə olmasında insanları günahlandırıb:

"Trendə çevrilmənin əsas səbəbkarı musiqi zövqü axsaq olan insanlardır. Bunu heç kim açıq söyləmir. Kiminsə xətrinə dəymək istəmirlər. Niyə? İndi trendi edənlər zövqsüzlərdir".

F.Ağayev kliplərinin baxış sayının "Youtube" hesabında artırılması üçün dəfələrlə ondan pul istənildiyini də gizlətməyib:

"İnstaqrama yazırlar ki, filan qədər pul ödəyirsiniz, sizin səhifənizi edirik 2 milyon. Bunu pulla edən insanlardır. Elə bil sənin cibinə pul salıram və deyirəm ki, məni təriflə. Ya da gəl məni sev. Məhəbbətdə rüşvət yoxdur. Rüşvətlə alınmış baxış, izləyici sayı mənim üçün əhəmiyyətsizdir. Can verə-verə oxuyub, sonra səhnəyə çıxıb, mənim 2 milyon izləyicim var, hansısa mahnım trendə çıxıb deyirlər. Sənə 3 dəfə əl çalan olmur. Bir də var gəlirsən canavar kimi oxuyursan, bütün tamaşaçını alırsan ələ. Onlar bir günlük qaranquşlardır. Dünya trendinə uyğun olmaq ayrı bacarıq tələb edir. Onu da bacaranlar güclüdür, amma azdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.