Şou-biznes

Azərbaycanın Xalq artisti iki düşmən ölkəni barışdırıb - FOTO

5 Mart 2020 14:39
Baxış: 16 066
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mətanət Əsədovanın "İkinci Zeynəb Xanlarova mənəm" deməyi böyük olmadımı?"

Milli.Az xəbər verir ki, bu sualla "Hər şey daxil"də aparıcı Tarix Əliyev (Tolik) Əməkdar artist Firuzə İbadovaya müraciət edib.

Xanım sənətçi SSRİ və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın müqayisə edilə bilməyəcəyini qeyd edib:

"Zeynəb Xanlarova elə bir sənətkardır ki, iki küsülü ölkəni barışdırıb. O səfrilik, bu səfirliyə zəng edib ki, biz o konsertə getmək istəyirik. Zeynəb xanım çox böyük sənətkardır, tarixə adını yazan sənətkarımızdır". 

Firuzə xanımın duet ortağı, əməkdar artist Cavanşir Məmmədov da mövzuya sərt reaksiyası ilə diqqət çəkib:

"Biz kimik ki, Zeynəb xanım haqqında müzakirə aparaq?! Bu nə deməkdir?!"

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.