Şou-biznes

Sevda arzuladığı oğlandan danışdı: ""Rolls-Royce"u olmaya bilər"

20 Fevral 2020 15:25
5 Şərh     Baxış: 3 024
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sevda Yahyayeva "Hər şey daxil" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, proqramın aparıcısı-prodüser Tarix Əliyev (Tolik) ona yenə də şəxsi həyatı ilə bağlı suallar ünvanlayıb.

"Sevda öz adını qoruyur. Elə xasiyyəti yoxdur ki, başqa müğənnilər kimi hərəkətlər etsin. Sevda, nə vaxt tərpənirsən? Ağ atlı, yoxsa ağ "Rolls-Royce"lu oğlan gözləyirsən" sözlərinə sənətçi belə reaksiya verib:

"Hərəkətdəyəm... Yaxşı insan gözləyirəm. Onun atı da, "Rolls-Royce"da olmaya bilər. Əsas odur ki, düşüncəsi, ağlı, insanlığı olsun. 2020 cüt rəqəmdir, gözləyirəm. Amma hələ həyatımda heç kim yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.