Şou-biznes

“Fatehin divanı”nda dini zarafat qalmaqala səbəb oldu

19 Fevral 2020 11:35
0 Şərh     Baxış: 3 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İTV-də yayımlanan "Fatehin divanı" proqramında "Youtube"da yayımlanan "Zarafat +" verilişinin heyəti qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar veriliş zamanı aparıcı DJ Fatehlə Hz.Adəm və Həvva haqda zarafat ediblər. Həmin görüntülər sosial şəbəkədə paylaşılıb. İstifadəçilər aparıcını tənqid atəşinə tutublar.

Daha sonra həmin görüntülər İTV-nin rəsmi "Facebook" hesabından silinib, aparıcı isə üzr istəyib:

"Dostlar! Etiraf edirəm, "Fatehin divanı" verilişində söylədiyim bir ehtiyatsız ifadə inanclı izləyicilərim və mömin tamaşaçılarımız tərəfindən çox həssas qarşılanıb. Onların hisslərinə toxunmaq niyyətim olmasa da, bunu etmiş olmuşam. Özüm azmış kimi, verilişimin qonaqlarını da o uğursuz epizodun bir hissəsinə çevirmişəm. Amma təşəbbüsü özüm irəli sürdüyüm üçün məsuliyyəti də üzərimə götürsəm düzgündür. Bir daha qeyd edirəm ki, sözü gedən epizodun niyyəti məkrli olmayıb. Çox üzülürəm ki, belə alınıb. Bu uğursuz epizoda görə hisslərinə toxunduğum hər kəsdən üzr istəyirəm".

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.