Şou-biznes

"Həmin məşhurlar barəsində mən danışsam, gərək..." - XƏBƏRDARLIQ ETDİ - FOTO

6 Fevral 2020 17:47
1 Şərh     Baxış: 4 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Eşitmisənmki ki, ətrafındakı insanlar sənə "Ailə söhbətləri ilə gündəmə gəlir" kimi atmacalar atırlar?"

Milli.Az xəbər verir ki, bu sualla Tarix Əliyev (Tolik) "Hər şey daxiL"də qonağı olan Bahar Lətifqızına müraciət edib.

Bahar onu şəxsi həyatı ilə bağlı açıqlamalarına görə ona atmaca atanlar arasında sənət yoldaşlarının da olduğunu deyib:

"Mənə buna görə atmacalar atırlar. Verilişlərdə ailəmlə bağlı sual verirlərsə cavab verməliyəm. Suala cavab verməyəndə "Keçmişini necə gizlədir e" deyirlər. Ona görə də nə var hər şeyi doğru-dürüst demişəm. Amma qaldı ki, utanmaq məsələsində, heç vaxt utanmıram. Nə varsa düzünü deyirəm. Elə adamlar sənət dostlarımızın içində də var. Adını desəm nə olacaq, deməsəm nə olacaq. Ona görə də susuram, heç nə demirəm. Amma həmin insanlar barəsində mən danışsam gərək onda od püskürəm".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.