Şou-biznes

Azərbaycanlı aktrisa Florensiyada küçəyə alt geyimində çıxdı - FOTO

3 Fevral 2020 10:45
24 Şərh     Baxış: 3 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cazibədarlığı ilə əks cinsin nümayəndələrini heyran qoyan, Türkiyədə aktrisalıq fəaliyyətini uğurla davam etdirən əslən azərbaycanlı Nəsrin Cavadzadə paylaşımı ilə yenə diqqət çəkib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, gözəl aktrisa İtaliyanın Florensiya şəhərinə açılan gözəl mənzərə önündə güpürdan hazırlanmış transparan libasda kamera önünə çıxıb.

Qışın oğlan çağında açıq-saçıq əlbisə ilə küçədə cazibədar pozlar verən Nəsrinin geyimi müzakirələrə yol açıb. Belə ki, sənətçinin geyindiyi qara rəngli libas yalnız büstqalter və "şortdan" ibarət olub. Onun üzəri isə güpürlərlə bəzədilib.

Onun bu paylaşımına izləyicilər "Sizə baxanda üşüdüm", "Çox arıqsan, bir az kökəlin", "Gözəl, xəstə olacaqsınız" kimi şərhlər yazıb. N.Cavadzadə isə yazılan rəylərə heç bir reaksiya verməyib.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.