"Səs uşaqlar" layihəsinin yayım tarixi bəlli olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, layihənin ilk yayım günü 26 yanvara planlaşdırılsa da, sonradan tarix dəyişib.
Veriliş 7 fevral 21.30-da İTV-də ekrana gələcək. Artıq yarışmanın tanıtım çarxı da yayımlanıb.
Qeyd edək ki, layihənin münsifləri Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənni-bəstəkar Murad Arif və "Eurovision" təmsilçimiz Çingiz Mustafayevdir.
Milli.Az