Şou-biznes

“MTV Azərbaycan”dan Rəhim Rəhimli AÇIQLAMASI

5 Yanvar 2020 15:13
0 Şərh     Baxış: 4 964
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"MTV Azərbaycan" kanalı müğənni Rəhim Rəhimlinin direktor vəzifəsindən uzaqlaşdırılması xəbəri ilə bağlı açıqlama yayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kanalın məlumatında deyilir:

"Kanal rəhbəri Rəhim Rəhimlinin vəzifəsindən getməsi barədə yayılan xəbər dezinformasiyadır və məlumat dəqiqləşdirilmədən yayılıb. Rəhim Rəhimlinin "MTV Azərbaycan" kanalının Yeni il proqramında iştirak etməməsinin səbəbi bəstəkar-müğənninin Moskva şəhərində dövlət təsbirində çıxışıyla bağlı olub. Rəhim Rəhimli hazırda kanalın direktoru vəzifəsində öz işini davam etdirir".

Xatırladaq ki, Rəhim Rəhimlinin işdən çıxarıldığı, onun yerinə isə müxtəlif vaxtlarda ATV, İTV və AzTV-də yüksək vəzifələrdə çalışan Həsən Abdullayevin təyin edildiyi bildirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.