Şou-biznes

Türkiyəli müğənni azərbaycanlı məşhura heyran qaldı - FOTO

28 Dekabr 2019 14:47
7 Şərh     Baxış: 7 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya şöhrətli vizajist Anar Ağakişiyev türkiyəli müğənni İrem Dericini makiyaj edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, türkiyəli sənətçi dünən Bakıda konsert verib. O, səhnə makiyajını vizaj ustası Anar Ağakişiyevə həvalə edib. Anarın əl işinə heyran qalan ulduz sosial şəbəkədə foto və video paylaşaraq ona təriflər yağdırıb:

"Dünyalar gözəli, çalışqan adam Anar Ağakişiyev əsl istedaddır. O, mənə yeni üz yaradacaq. Nə deyəcəyimi bilmirəm, bu makiyajı 4 ay üzümdən yumaram. Aynada özümə baxmaqdan doymuram, əllərinə sağlıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.