Şou-biznes

Toy sahibi Talıb Talehə görə "DALAŞDI" - Həmin adamlar faiz götürür - FOTO

27 Dekabr 2019 16:04
0 Şərh     Baxış: 3 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bildiyimə görə, səni də toydan "bururlar". Deyirlər ki, güya, Talıb Tale canlı oxuya bilmir, yalnız fonoqram oxuyur. Bəs, Talıb Tale "Heydər Əliyev" sarayında konsert verib və ora yeganə konsert salonudur ki, orada fonoqram oxumaq qeyri-mümkündür. Talıb da orada 2 saatdan çox canlı ifa edib. Necə Talıb Tale canlı oxuya bimir. Bu nə maneədir ki, törədirlər?"

Milli.Az xəbər verir ki, bu ifadələri Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil" də qonağı Talıb Tale ilə söhbəti zamanı işlədib.

Müğənni onu toylardan "buran" həmin adamların əsl məqsədini efir vasitəsi ilə açıqlayıb:

"Bu mövzulara çalışıram toxunmayım. Niyə maneə yaradanlar olur? - Yəni, digər öz çalışdığı müğənni olub. Həmin adamlar oradan müəyyən bir faiz götürür. Ona görə də məni oradan çıxardıb, digər müğənnini məsləhət görürlər - "Ondansa gəl filankəsi gətirək". Mən dəfələrlə faktlar tutmuşam. Amma sonradan yenə də məclis yiyəsi məni dəvət edib və bütün məclisi başdan-ayağa necə apardığımızı görüb. Həmin adamın elə özü cavabını verib".

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.