Şou-biznes

Ehtiram Hüseynovun səhhəti ilə bağlı açıqlama

19 Dekabr 2019 17:24
3 Şərh     Baxış: 12 417
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Ehtiram Hüseynovun ötən gün Heydər Əliyev Sarayında keçirilən "Qəfil gün doğsa bir gecə" adlı konsertdə səhhətində problem olması tamaşaçıların diqqətindən qaçmayıb. İfaçı yeriməkdə çətinlik çəkib və mahnıları oturuqlu səsləndirib.

Milli.Az xəbər verir ki, xanəndənin meneceri Nicat Axşam.az-a açıqlamasında Ehtiramın konsertdən bir neçə gün əvvəl ayağını zədələdiyini deyib:

"Ayağı burxulmuşdu və ağrıyırdı. Çox gəzə bilmirdi, ona görə də oturuqlu oxuyurdu. Həm də soyuqlayıb. Hazırda özünü yaxşı hiss edir".

Qeyd edək ki, E.Hüseynov səhnəni Xalq artisti Nəzakət Teymurova və "Hicaz" qrupu ilə bölüşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.