Şou-biznes

"Mövzu açılıb deyim, mən heç kimlə..." - Təranəyə GÖZLƏNİLMƏZ TƏKLİF - FOTO

21 Noyabr 2019 13:52
8 Şərh     Baxış: 28 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sizin Nazənin xanımla bir duetiniz olsa, indiyənə qədər nə sizin, nə Nazənin xanımın o qədər heç bir videonuz izlənməyib ki, onu izləyərlər. Bu davadan gələn avantajı, məncə, elə kommersiyaya çevirmək olar.

Milli.Az xəbər verir ki, bu təklifi aktyor Fərda Xudaverdiyev "Hər şey daxil"də birgə qonaq olduqları müğənni Təranə Qumrala edib.

Müğənni Fərdanın təklifinin reallaşacağına şübhə ilə yanaşıb:

"Kim çevirəcək? Onun yanındakı maşalar..? Mövzu açılıb deyim, mən heç kimlə düşmənçilik aparmıram, nə də heç kimin paxıllığını çəkmirəm. Mənim o qədər işim var evdə. Mən övladlarıma o qədər vaxt ayırıram ki, çox işimi özüm görürəm. Həm də ki, evdə azyaşlı uşağım var. Əgər 3 saat işləyirəmsə, 12 saatımı o uşağa ayırıram mən".  

Qeyd edək ki, Təranə ilə Nazənin arasında qalmaqal yaşanmış, mübahisələri məhkəməlik olmuşdur. Beş ildən çoxdur davam edən məhkəmə prosesində Nazənin Təranədən təzminat və ondan üzr istəməsini tələb edib.

Təranə isə məhkəmə qərarlarını icra etmədiyi üçün onun ölkədən çıxışına qadağa qoyulmuşdu. Bu il başa çatan prosesdə Təranə üzr istəməyəcəyini, tələb olunan məbləği ödəyəcəyini bildirib.

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.