Şou-biznes

Fərda niyə depressiyaya düşüb?

13 Aprel 2019 12:02
10 Şərh     Baxış: 3 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Fərda Xudaverdiyev bir neçə gün əvvəl sənətdən getdiyini deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Elməddin Cəfərov dostunun depressiyaya düşdüyünü deyib. "Səhər-səhər" verilişinə qonaq olan Elməddin bildirib ki, Fərdanı bu istəyindən daşındırmağa çalışır:

"İnşallah, fikrindən daşındırarıq. Elə olur ki, maddi və mənəvi sıxıntılar bir nöqtəyə gəlir, depressiyaya düşürsən. İnsan qərar verir, amma depressiyada qərar vermək lazım deyil. Hər xırda şey insanı pis edir. Ötən il 72 gün 23 saat şəkilişdə idim. Fərdada da çəkilişlər, problemlər üst-üstə düşür. Ev üçün darıxırsan, uşaq görmürsən və insan işdən uzaqlaşmaq istəyir. İki gündür Fərda ilə bir aradayam başa salıram. Başa saldım ki, bir nöqtəyə çıxmaq üçün bunlar lazımdır. Ali Sunal da Fərdaya film təklif edib. Deyirəm, qapılar üzünə açıqdır, niyə depressiyadasan?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.