Şou-biznes

Məşhur azərbaycanlı aparıcının həyat yoldaşından sərt sözlər: "Mənə yaxınlaşmayın, evliyəm" - FOTO

10 Oktyabr 2018 21:10
6 Şərh     Baxış: 14 586

Milli.Az saytı "Bir ulduzun sirri" adlı layihəyə start verdi.

Layihəmizin ilk qonağı məşhur aparıcı Samirə Rəhimova və həyat yoldaşı, psixoterapevt Kənan Rəhimovdur.

- Sizin üçün 20.10.2014 tarixinin anlamı nədir?

Samirə Rəhimova: Oktyabrın 20-də evliliyimizin dörd ili tamam olur. Bizim üçün bu ayı mistik ay hesab etmək olar. Çünki, oktyabrın 26-da həyat yoldaşımın ad günüdür. Təsadüf nəticəsində də məhz oktyabr ayının 20-nə toyumuz təyin olundu.

Kənan Rəhimov: Toyun tarixini biz bilərəkdən həmin tarixə təyin etmədik. Hətta nişan günümüz də aprelin 20-nə təsadüf etdi. Niyyətimiz ciddi olduğuna görə valideynlərimizi tanış etməyə qərar verdik. Onlar tanışlıq zamanı bir günün içində elə dostlaşdılar ki, bizdən soruşmadan nişan və toy tarixini təyin etdilər. Samirə xanımdan soruşmadılar ki, evliliyə razıdır, ya yox (gülür).

Samirə Rəhimova: Tez-tez Kənana deyirdim ki, sevgi etirafını təmtəraqlı, romantik formada etsən də, əslində sən mənə rəsmi evlilik təklifi etmədin.

Kənan Rəhimov: Amma evliliyimizdən bir il sonra evlilik təklif etdim. İndi də bu ənənə davam edir. Hər il oktyabrın 20-i mən Samirə xanıma evlilik təklifi edirəm.

- Tanış olduğunuz tarixi xatırlayırsınız?

Samirə Rəhimova: Günbəgün xatırlayırıq.

Kənan Rəhimov: Mənim yadımda deyil. Deyəsən, may ayı idi.

Samirə Rəhimova: Rəqsanə xanım tanış olduğumuz günü deyir (irad bildirir).

Kənan Rəhimov: Həmin günü xatırlayıram, amma tarix dəqiq yadımda deyil. Səhv etmirəmsə, iyunun 13-də idi.

Samirə Rəhimova: Tanış olduğumuz günü xatırlamamağımızın səbəbi bir ilə yaxın sadəcə dostluq münasibətində olmağımızdır.

Kənan Rəhimov: Tanış ərəfəsində bilmirdim ki, Samirə xanımla münasibətlərimiz bu qədər inkişaf edə bilər.

Samirə Rəhimova: Sevgi münasibətimizin başladığı gündən sonrakı görüş tarixləri yadımızdadır.

Kənan Rəhimov: Görüşdüyümüz günləri deyim: yanvarın 8, 10, 15-i.

- Səhv etmirəmsə ssenari üçün bir araya gəlmisiniz...

Kənan Rəhimov: Bəli, beynəlxalq arena üçün nəzərdə tutulan bir bədii filmə görə ssenarist axtarışındaydım. Dünya kinomotoqrafiyası üçün hazırladığımız bu filmin ssenarisi psixoteoloji janr üzərində qurulub. Ssenari üzərində çalışmaq üçün mənə zəngin dünyagörüşə malik, mistikadan, psixologiyadan anlayışı olan mütəxəssis lazım idi. Mənə "Şarm" verilişinin aparıcısı Samirə xanımla əməkdaşlıq etməyi tövsiyə etdilər. Maraqlısı odur ki, o vaxta qədər nə verilişə baxmışdım, nə də "Atv maqazin" jurnalını oxumuşdum. Hətta bir çox psixoloqlar "Atv maqazin" jurnalında müsahibə də vermişdilər, amma mən yox.

Samirə Rəhimova: Jurnalda "Sən və psixoloq" rubrikası vardı. O rubrikaya bütün psixoloqları dəvət etmişdik, Kənandan başqa...

Kənan Rəhimov: Bəli, hətta mənim tələbələrimi də dəvət etmişdi. Atv kanalında dəfələrlə psixoloq kimi çıxış etsəm də, Samirə xanımla heç vaxt qarşılaşmamışdıq.

Samirə Rəhimova: Yəgin belə də olmalı idi. Bəlkə də, öncədən görüşsəydik, münasibətimiz alınmazdı. O vaxtlar, mən hətta jurnala müsahibə verəndə belə, deyirdim ki, mən ailə həyatı qurmağa tələsmirəm. 10 il sonra bu haqda düşünəcəyəm demişdim. Həqiqətən də, düz 10 il sonra Kənanla tanış oldum. İnsan öz həyatını özü proqramlaşdırır. Ürəkdən nəyisə istə, arzuna inan və bütün kainat, yüksəklərdən gələn qüvvə sənin arzunun reallaşması üçün çalışacaq. İndi də 10 il sonranı planlaşdırıram.

- Evliliyinizdən 24 saat sonra ilk düşündüyünüz fikir nə oldu?

Samirə Rəhimova: Nəhayət ki, evləndik!

Kənan Rəhimov: 24 saat ərzində hiss etməmişdim ki, ailə qurmaq məsuliyyət tələb edir. Toydan sonrakı sevinc ab-havası davam edirdi.

Samirə Rəhimova: Doğru qeyd edir, məndə dərk etmirdim ki, artıq Kənan Rəhimovun həyat yoldaşıyam. Bəzən nəsə istəyəndə utana-utana xahiş edirdim. Kənan deyirdi ki, "Samirə, sən artıq həyat yoldaşımsan, biz evliyik".

Kənan Rəhimov: Ailə məsələlərini iş yoldaşı kimi müzakirə edirdik.

- Samirə xanımı evlənməyə razı salmaq üçün psixoloji təsir göstərməmisiz ki?

- Kənan Rəhimov: Çox qəliz sualdır.

- Psixoloqlar insanları asılı vəziyyətə sala bilirlər...

Kənan Rəhimov: Bəli, insanlara təsir edirlər.

Samirə Rəhimova: Hipnoz yəni...(gülür) Bu cür olsaydı bir il sonra təsiri keçməli idi.

Kənan Rəhimov: Bilmək olmaz kim-kimi hipnoz edib (gülür). Ümumiyyətlə, evlənmək haqqında düşünmürdüm. Hətta biz tanış olan ərəfədə dostlarıma deyirdim ki, heç vaxt evlənməyəcəm. Bununla yanaşı Samirə xanım müzakirədə olmayanda onun kimi xanımla ailə qurmaq istəyimi də dilə gətirirdim. Düşünürdüm ki, hansı ailəyə getsə, orada səadət olacaq. Ona görə də evlənməklə bağlı fikrimin necə və nə zaman dəyişdiyini özüm də hiss etmədim.

Samirə Rəhimova: Mənim təsirimdən...

Kənan Rəhimov: Ola bilər ki, hiss etmədiyim məqamda hipnozda olmuşam.

- Əslində, mən Samirə xanımın gipnozda olduğunu düşünürdüm, əksini qeyd etdiniz...

Kənan Rəhimov: Məncə, bizdə əksinə olub, qəflətən ayıldım ki, evlənmişəm.

Samirə: Təsiri keçib?

Kənan: Xeyr!

- Bir çox valideynlər məşhur xanımla evliliyə ehtiyyatla yanaşırlar. Sizdə vəziyyət necə oldu?

Kənan Rəhimov: Qohumlarımın əksəriyyəti mediaya yaxın idi. Samirə xanım haqqında eşitdikdə deyirdilər ki, 10 il "Şarm" verilişinin aparıcısı, "Atv maqazin" jurnalının baş redaktoru olub, amma heç kimlə bir konflikti, problemli məqamları olmayıb. Bu qız mələk xasiyyətinə malikdir. Hətta doğma bacım inana bilmirdi ki, Samirə xanımla ailə quracam. Deyirdi ki, ona pərəştiş edir.
Valideynlərimin fikrinə və tanışlığına gəlincə Samirə xanımı və ailəsini görən kimi çox yaxşı münasibət yarandı. Bir də ki, Televiziya işçisinə qarşı o düşüncə tərzinin formalaşması yanlış fikirdir.

- Bir-birinizi 100 faiz tanıyırsınız?

Kənan Rəhimov: Yəqin ki, Samirə xanım məni 100 faiz tanıyar.
Mən isə hələ sirrlər içindəyəm. Psixoloq kimi deyirəm ki, bir-birini 100 faiz tanımaq mümkün deyil. O zaman insan maraqlı olmazdı. Hər gün nə isə təəccübləndirir.

Samirə: İnsan düşünür ki, bir-birini yaxşı tanıyır. Amma gözlənilməz hadisə qarşısında qalanda yeni nə isə kəşf edirsən. Bu maraqlı və normaldır haldır.

- Bəs, Kənan bəyi əsəbləşən zaman necə sakitləşdirirsiniz?

- Samirə Rəhimova: Kənanı əsəbi halda görmək çətindir.
Valideynlərinə deyəndə ki, onu əsəbi halda görməmişəm, onlar gülümsəyirlər. Qeyd edirlər ki, yəqin əsəbləşdirən olmayıb. Amma işdə də insanlarla ən çətin məqamlarda belə, elə təmas qurur ki, məsələni gülümsəyərək həll edir. Daxilən əsəbləşsə də biruzə vermir.

Kənan: Bir dəfə səbrsiz olduğum zaman olub. Böyük oğlumuzu peyvəndə aparanda, poliklinikadan evə gələnə kimi ağlamışdı. Həyəcan keçirirdik ki, oğlumuz ağlamasın. O zaman səbrsizlik etmişdim və günahın məndə olduğunu bilirdim.

- Acıladınızmı?

Samirə Rəhimova: Yox, o həddə heç vaxt çatmamışıq. Amma həyəcanlı olduğumuza görə bir-birimizi günahlandırırdıq.

- Zamanla evlənməyinizə peşman olmusunuzmu?

Samirə Rəhimova: Xeyr, qətiyyən!

Kənan Rəhimov: Xeyr!

- Kənan bəy, həyat yoldaşınız ailəsini deyil, işini seçmək məcburiyyətində qalsa nə edərsiniz?

- Mən o zaman ilk öncə soruşaram ki, uşaqları neynəyək? Əgər övladlarım mənimlə qalacaqsa və Samirə xanım seçimində məcbur qalıbsa, buna hörmətlə yanaşaram. Amma heç zaman belə hadisənin yaşanmasına inanmıram.

Məsələn, mənə o sualı versəydiniz, siz işinizi, ailənizə qurban versəydiniz nə edərdiniz? Mən deyərəm ki, bu mümkün deyil, Samirə bu qərara icazə verməyəcək. Çünki, işimdə də mənə dəstək olan məhz Samirə xanımdır.

- Bir-birinizin telefonuna tez-tez nəzarət edirsiniz?

Samirə Rəhimova: Parollarımız eynidir. Eynidir ona görə deyil ki, biz bir-birimizə etibar etmirik. Sadəcə olaraq parolu unutmamaq üçün belə edirik.

Kənan Rəhimov: Mənim "facebook", "instagram" və s. şəbəkədəki parollarım kompyuterimdə açıqdır. Samirə xanım istənilən vaxt baxa bilər. Hətta bəzi sosial şəbəkələrdə sms dəstək üçün Samirə xanımın mobil nömrəsini qeyd etmişəm.

Samirə Rəhimova: Sosial şəbəkədəki səhifələrimizdə hər ikimiz də adminik. Hətta fanatlarım direktə yazanda Kənan da görür (gülür).

Kənan Rəhimov: Sosial şəbəkələrdə mesajlara baxmağa çox vaxtım olmur. Amma bəzi sosial şəbəkə istifadəçilərinin gül smayliklərini görürəm (gülür).

- Sosial şəbəkədə sevgi təkliflərini necə qarşılayırsınız?

Samirə Rəhimova: Normal...

Kənan Rəhimov: Qısqanmaq üçün səbəb olmalıdır. Əslində sosial şəbəkə istifadəçilərindən yaradıcı təkliflərin gəlməsini istərdim. Təəssüf ki, gənclər arasında bu fitri istedadı görmədim. Bir çoxu "facebook"da gül göndərib, görüşə çağırmaq istəyənlərdir.

Elə insanlara qısqanmağı da düzgün hesab etmirəm. Samirə xanım elə mesajlara diqqət etmir və maraqlanmır. Bir hadisəni danışım: "Samirə xanımın fanatik gənc pərəstişkarı vardı. Samirə xanımın adından ona yazdım ki, sən adam deyilsən? Heç olmasa bir dəstə gül göndər, insafın olsun, belə sevgi etirafı olar? (gülür) Hörmət çərçivəsində bunu təbii hal hesab edirəm. Məşhurun pərəstişkarı olmalıdı və burada neqativ heç nə görmürəm.

- Samirə xanıma gül hədiyyə etsələr qəbul edərsiniz?

Kənan Rəhimov: Bəli! Niyə də qəbul etməyim. Hətta çox sağ ol deyərəm. Bilirəm ki, gül hədiyyə edib hörmətini ifadə etməkdən başqa heç nə edə bilməz. Samirə xanım buna şərait yaratmaz!

- Məntiqlə qısqanc olmadığınızı başa düşürəm...

Kənan Rəhimov: Xeyr, qısqanc deyiləm. Amma Samirə xanım qısqancdır və buna da əsası da var. Kişilər sadiq deyillər. İstəyirsiniz ki, mən etiraf edim.

- Sualı qəlizləşdirməyim, baxışınızla belə xəyanət etməmisiniz?

Kənan Rəhimov: Baxışıyla xəyanət etməyən insan yoxdur. Amma insanlar baxışına görə deyil, davranışlarına görə cavabdeh daşıyırlar. Xəyanət düşünülmüş addımdır.

Məsələn, kişilər nağıl danışırlar ki, ağlımı itirmişdim, xanımlar isə buna inanırlar. Məsələn, "facebook"da baxıram ki, hansısa xanım şəkil paylaşır və deyir ki, mənə baxın! O zaman nə edək? (gülür).

- Samirə xanımda qısqanclıq başlayır...

Samirə Rəhimova: Xeyr. (gülür).

Kənan Rəhimov: Yaxın dostlardır və onları qısqanmağa ehtiyac yoxdur.
Toyda bəzi xanımlar mənə yaxınlaşıb, oynayırlar. Deyirəm ki, mənə yaxınlaşmayın, evliyəm.

- Bu hal tez-tez olur?

Kənan Rəhimov: Xeyr!

- Münasibətinizi nə tükədə bilər?

Samirə Rəhimova: Münasibətimizin tükənməsinə inanmıram.

Kənan Rəhimov: Sevgi olmadığı təqdirdə hər şey tükənə bilər. İnsanlar sevgi sözünün mənasını çox yaxşı başa düşmürlər. Gənclər simpatiya duyduğu insanlara qarşı da sevgi hissi olduğunu düşünürlər.
Bununla yanaşı ehtiraslı münasibətə çox güclü sevgi kimi yanaşırlar. Bu yanlış düşüncədir. Zəhlən getdiyin şəxsə də ehtiras hissi ola bilər. Məsələn, səhnəyə çıxan xanım dodaqlarını şişirib, qısa yupka geyinir. Ona qarşı ehtiras yarana bilər, amma bu nə hörmətdir, nə də əsl sevgi. Ehtiras qısa müddətlidir. Cütlüklər arasında sevgi olmadığı halda münasibət bitir. İlk öncə insanın şəxsiyyətini, dünyagörüşünü, təbəssümünü sevmək lazımdır. Əvvəlcə məndə
Samirə xanımın şəxsiyyətinə qarşı güclü sevgi yarandı.

Samirə Rəhimova: Mən ilk öncə onun səs tembrinə vuruldum. Evdə "youtube" kanalında onun çıxışlarını dinləyirdim. Sonra gördüm ki, danışığı, dünyagörüşü də çox maraqlıdır. Artıq şəxsiyyətinə hörmət etməyə başladım. Mənim üçün çox müdrik insan idi. Düşünürdüm ki, səhərdən axşama qədər onu dinləyə bilərəm və heç vaxt yorulmaram. Bəzən elə olur ki, gecə saat 3-də hansısa layihəmiz üzərində işləyirik.

Kənan Rəhimov: Ağıllı insanları çox sevirəm. İlk görüşdən hiss etdim ki, Samirə xanım məntiqli və savadlı xanımdır.

- Evə bazarlığı kim edir?

Samirə: Birlikdə bazarlıq edirik. Sevimli məşğuliyyətimizdir. Hətta anam da bizə qoşulur. Əsl şopoqolik mamoçkamdır. Onu özümüzlə aparmasaq inciyə bilər. Ona görə də, çox vaxt alış-veriş, bazarlıq anamın üzərinə düşür.

- İki övladınız var, baxıcınız varmı?

- Bu işdə də mənə anam kömək edir. Tanrı bütün anaları qorusun. Baxıcıya etibar etməzdim, çünki çox balacadırlar.

- Ailəsini qorumayan, məşhurluğu üstün tutanlara tövsiyəniz nədir?

Samirə Rəhimova: Həyatda heç kim heç nədən sığortalanmayıb. Məşhurlar gündəmdə olduqlarına görə, hər kəsə elə gəlir ki, onlar günahkardılar. Sadəcə, düşünülmüş addım atılmalıdır.

- Kənan bəy, bildiyimizə görə yeni "Garnet" proqramının icrasına başlamısınız?

- Bəli, "Garnet" proqramının icrasına başlamışıq. Bu Üçüncü nəsil sosial şəbəkədir. İki ildir ki, bu işlə məşğul oluruq. Proqramın biznes ideyası mənim, arxitekturası Samirə xanıma aiddir.

Proqram hələ ki, "iphone" istifadəçiləri üçün nəzərdə tutulub. Bütün dünyada fəaliyyət göstərən bu prosramın əsas özəlliyi ondadır ki, Garnetdə hər bir istifadəçi öz sosial aktivliyi sayəsində qazanc əldə edə bilərlər.

İki biznes modeli var. Məsələn, reklamınızı yerləşdirmək üçün pul ödəyirsiniz. Reklama ayrılan büdcənin 50 faizi sosial şəbəkədə həmin reklamınızı paylaşanların balansına keçir. İkinci model, proqramı yükləyənlər "followers" yığmaqla qazana bilirlər. Məsələn, 1000 nəfər istifadəçi sizin profilinizi "followers" edibsə, artıq 50 dollar pul qazanmaq deməkdir. Yeni başlayan bir sistemdir. Bu proqramı daha da genişləndirəcəyik. Bu sahədə sosial media ilə də əməkdaşlığa hazırıq.

- Son olaraq hansı sualım xoşunuza gəlmədi?

Samirə Rəhimova: Münasibətinizi nə tükədə bilər?

Kənan Rəhimov: Münasibətinizi nə tükədə bilər?

Layihənin müəllifi və rəhbəri: Rəqsanə Həsənova 
Fotolar: Xəyal Abdullayev

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Düz deyirəmmi, a millət?) · 10 Oktyabr 21:15150

    Mən belə düşünürəm ki, məşhur tanınmayan deməkdi

    Cavab yaz
    • Anonim
      IMF 21:15-e · 10 Oktyabr 21:3601

      Niye ele fikirleshirsizki?

      Cavab yaz
      • Anonim
        Ona görə ki · 10 Oktyabr 21:49141

        Başlıqda yazılır məşhur aparıcı... yaxud bir az əvvəl "Məşhur azərbaycanlı ABŞ a köçdü" və s. və i..... Mən onların heç birini tanımıram. Ya mən günahkaram tanımıram, ya da məşhur sözü tanınmayan deməkdi. Belə çıxmırmı?

        Cavab yaz
        • Anonim
          .) · 10 Oktyabr 22:5540

          Elə çixir))

          Cavab yaz
        • Anonim
          IMF · 10 Oktyabr 22:5931

          Meshhur taninmish demekdir.Siz tanimirsiz.Ele men de tanimiram(meshhurda olsa)

          Cavab yaz
  • Anonim
    kate · 11 Oktyabr 14:1900

    reklamı axıra saxladilar. Yooxsa bi mənasi yoxdu yazının

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.