Şou-biznes

Nazpəri ilə bacısı küsülüdür?

23 Mart 2018 07:07
10 Şərh     Baxış: 3 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nazpəri Dostəliyeva müğənni bacısı Zeynəb Dostəliyeva ilə küsülü olması xəbərlərinə aydınlıq gətirib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Səhər-səhər" proqramında deyib ki, aralarında heç bir inciklik yoxdur:

"Ətlə dırnağın arasına girən çöp iylənib çıxar. Bacım çox əsəbidir. Balaca uşaq belə onu yoldan çıxara bilər, hara istəsə apara bilər. Hər deyilənə inanandır. Bir ailədə hərə bir xasiyyətdədir. Mənim düşmənim belə olsa, onunla üz-üzə oturmağa qabiliyyətim var. Bacım kim nə deyir, ona gedir. Bir də öz-özündən hoflanır. Amma nə Zeynəb, nə də Nazpəri bacısının üstündən xətt çəkər. Onu həyat yoldaşı oxumağa qoymadı, evdəki əşyalara da qısqanırdı. Bizim düşmən olduğumuzu media yazır. Bacımın bəzi çıxışlarını başlıq edirlər. Biz aşıq balalarıyıq, heç kim bizi ayırmaz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.