Milli.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, müğənni bacısı haqda İnstagram səhifəsində yazıb: "Hər birimiz bir həyat hekayəsi daşıyırıq. Həyatı dərk edib, onun keşməkeşlərinə atılan gündən arxamda bir dayağı, səbri, vicdanı, özündən daha tez böyüyən ağıllı ilə bir gücün olduğunu hiss etdim.Müğənni İradə İbrahimova yeni ailə qurmuş bacısı Nigar İbrahimovanın ailəsindən bəhs edib
Hər kəsin İradə İbrahimova kimi tanığıdı mən Nigar İbrahimovanın böyük dəstəyi ilə böyüdüm. Səhnədə eşitdiyim ən gurultulu alqışları məhz onunla paylaşdım. Nigar ilk səhnə addımlarımdan üzü bəri mənimlə addımlayan, pislərdən yorulub usananda gücünü mənimlə paylaşan biri olub. Hər bir qadının qatlaşa bilmədiyi gücü gördüm onda. Amma həmin illərdə varlıykən yoxsulluq gördük. Həyat həm yaxşı, həm də kasıb üzünü göstərdi bizə... Möhkəm olduq. Uğurlarımızı zəhmətimizlə damla-damla topladıq. Bacımdır deyə vəsf etmirəm, həqiqətən də, Nigarın qayğıkeş, mehriban, istiqanlı, qürurlu olduğunu hamı deyir. Məhz çətin illərimizdə şəraitimizi yaxşılaşdırmağın bir gücü Nigarın çiyninə düşdü. Gücünə güc qatıb, evə zəhməti ilə qazanc gətirməyi özünə borc bildi. Bunu o təkidlə deyil, məsuliyyətdən edirdi.
Bu zəhmətin yanına bir də əllərində qazandığı vizajın qabarları düşdü. Gecə-gündüz alnının təri ilə dayanmadan çalışan Nigarın kim olduğunu bir də mənim gözümlə görməyinizi istəyirəm...
Nigar gündüz çalışır, axşamları səhnədə mənə dəstək olub. Hərdən onun nə qədər yorulduğunu gözündən oxuyurdum. Mən Nigar qədər təmkinli olmamışam. Məclislərdəki içkili, təkəbbürlü insanları görüb, səhnədən getmək istəmişəm. Yüngül düşüncəli insanları həzm edə bilmirdim. Nigar iki əlli məndən yapışıb o keşməkeşləri mənimlə birlikdə addımladı. Mən səhnədə belə tək qoymadı. Əlinə mikrafon alıb, aparıcılıq etdiyi illər də olub. Bəzi insanların şirin dili, vədləri, boğazdan yuxarı tərifləri başımızı dumanlandırmadı. Allahıma min dəfələrlə şükür edirəm ki, hər birimiz iki ayağımızın üstündə durmağı bacardıq. Özümüzə məxsus olan bir yolu seçdik. Bu gün biz bir-birimiz üçün əsl dayağıq. Cismən uzaq olsaq belə, ruhən birik. Bacım həyatdan elə bir təcrübə toplayıb ki, ətrafındakılar bundan ancaq yaxşı mənada bəhrələnir.
Heç kim onun haqqında pis kəlməsini işlətmir. Hər bir xanımı gözəlləşdirməklə yanaşı, qəlbinin gözəlliyindən ona pay verir. Hər birimiz bir ürək daşıyırıq. Ən gözəli onu sevgi ilə doldura bilməkdir. Qəlbində Allah sevgisi olan biri kimi deyim ki, biz insanların bədbəxtliyindən xoşbət olacaq biri deyilik. Heç vaxt vicdanımız da buna yol verməyib. Amma bəzən insanlar etmədiyimiz xətaları, qüsuru bizdə axtarmaq istəyib. Amma içlərindəki öfkəni göstərmək, qarşındakının qüsurunu göstərmək demək deyil. Qoşulduğum İnstagram sayəsində hələ də yaxşı insanların olduğunu bir daha öyrəndim. Burada mənimlə eyni düşünüb, eyni duyğuları yaşayanlar var dedim. Doğrudan, Yaxşı ki varsız! Sizinlə birlikdə canım qədər sevdiyim Nigar bacıma bütün qəlbimlə xoşbəxt ol deyirəm!"
Milli.Az