- Ənvər Sadıxov haralardadır, niyə görünmür?
-Tam deməzdim ki, görsənmirəm. Məni tanıyanlar bilir ki, mən efirə çıxmağı çox xoşlamıram. O vaxt efirə çıxmağı xoşlayıram ki, məndə yeni informasiya olur, yeni mahnılar olur. Çaslışıram ki, həmişə tamaşaçı qarşısına yeni məhsulla çıxım. Allaha şükürlər olsun ki, salamatçılıqdır. Əsəs məsələ odur ki, işləyirəm. İş dayanmır. Sadəcə yaxşı fikirlər, yaxşı məlumatlar olmalıdır ki, gəlib mətbuatda danışasan.
- Belə başa düşdüm ki, deyəsən, indi mətbuata danışmağa bir yenilik var.
- Bəli. Neçə il ərzində yazdırdığım lent yazılarının toplusundan ibarət albom buraxıram. Elə bu günlərdə yeni diskim işıq üzü görəcək. Albomun adını "2000-ci ildən 2010-cu ilədək olan seçmələr" qoymuşam. Yəni 2000-ci ildə ilk disk olmuşdu, bu, artıq ikinci diskimdir. On il çox böyük vaxtdır. Bu on il ərzində camaat 10 disk buraxardı. Bundan sonra da yeni layihəyə başlayacam.
- Sizin ifanızda, hətta Azərbaycan mahnılarında da dünya musiqisinin elementləri hiss olunur. Dünya musiqisini bu qədər peşəkarlıqla ifa edən Ənvər Sadıxov niyə böyük əsərlər ifa etmir, onu orkestr qarşısında görmürük? Sizcə bunun vaxtı çatmayıb?
- Əslində, vaxtı çoxdan çatıb. Sadəcə olaraq, bunlar çətin işlərdir. Ona görə ki, bunu hazırlamaq lazımdır. Sən ifa edəcəyin mövzunu gərək orkest üçün hazırlayasan. Daha sonra ifa etmək lazımdır. Bunun üçün sadəcə olaraq işləmək və həyata keçirmək lazımdır. Düşünüb, bunu necə həyat keçirməyi fikirləşməlisən və bununla da irəli addım atmalısan. Bu iş ilk olaraq mənim özümdən asılıdır. Bunun üçün ilk olaraq böyük arzun olmalıdır. Düzdü, dövlət tədbirlərində mən orkestrlə ifa etmişəm. Qara Qarayev adına Dövlət Kamera Orkestri ilə ifa etmişəm. Lakin bu, silsilə çıxışlar deyildi, sadəcə 3-4 mövzu olub. Amma əlbəttə ki, belə bir fikir var.
- Azərbaycanda məşhur qarmon ifaçılarının qarmonlarının üzərində qızıl əşyalar, brilyant daş-qaşlar, bəziləri isə göz muncuğu yapışdırır. Bəs Ənvər Sadıxovun qarmonu nə ilə seçilir?
- Bizlərdə bir-birinə qızıl əşyalar hədiyyə etmək ənənəsi var. Həmin hədiyyələri də qarmona yapışdırırlar. Məndə də belə hədiyyələrdən xeyli var. Əlbəttə onların arasında brilyant qaşlar da var, kaman açarı da. Hamı istəyir ki, onun hədiyyəsi sevdiyi musiqiçinin musiqi alətinin üstündə olsun. O, ki qaldı qarmonun qiymətinə, əlbəttə sənin sevdiyin alət balan kimidir. Onu qızıla və ya yaxud digər qiymətli əşyaya görə sevmirsən. Qiymət qızılla ölçülmür. Əgər ürək sözünü o alətlə deyə bilirsənsə, o alət sənə doğma və qiymətsiz olur.
- Sizin neçə qarmonunuz var və onların özləlikləri nədir?
- Məndə əl qarmonundan başqa daha iki qarmon var. Onlar bir az uzundur. Onları demək olar ki, özüm kəşf etmişəm. Bu, uzun illər çəkilən əziyyətin bahasına əmələ gəlib. Amma ustalarla problem olur, çünki öz istədiyini gərək ustaya başa sala biləsən. Həmin qarmonlarda diapazon daha çoxdur, 4-5 not artıqdır. Bir də ki, "registr" var ki, səsi dəyişib akkordeon-bayan səsi edir. Həmin qarmonda bir səs əlavə olunub və olub ikisəsli qarmon. Yəni, adi qarmon səsi və daha bir səs. Diapazon böyük olduğundan daha böyük həcmdə ifalar etmək mümkün olur. Adi qarmon 2 oktava yarımdır, həmin qarmonda isə 3 oktava var.
- Bu əlavələri nə üçün fikirləşmisiniz? Buna zərurət vardımı?
- Bilirsiniz ki, mən qarmonla yanaşı akkardion da çalıram. Amma mən qarmon ifaçısı olduğumdan, akkordionu uşaqlıqdan çalmadığıma görə bu, mənə əziyyət verir. Akkardion mənim üçün o qədər də rahat deyil, qarmon daha rahatdır. Ona görə də, akkardion səsini qarmona əlavə etmək istədim ki, bubla da bir alətin işərisində hər iki aləti həll etmiş oldum.
- Demək olarmı ki, Ənvər Sadıxov qarmon alətini onu yaradan almanlardan alıb?
- Yox, belə demək düzgün deyil. Mənim musiqi ifamda bir yol var. Buna "Ənvər yolu" deyirlər. Bunu izah etmək mənə çətindir. Yəni eyni zamanda həm milli, həm də Avropa musiqiləri ifa edirsən. Həmin musiqiləri muğamla sintez edən zaman, yeni bir yol əmələ gəlir. Ona görə də xaricilər bizi daha yaxşı başa düşməyə başlayırlar. Bu, həm onlara, həm də bizim milli ruha yaxındır. İstər-istəməz xaricilər məni tanımağa başlayırlar. Amma qarmonu almanların əllərindən tam almışam demək, düzgün olmaz. Onların öz gözəl ifaçıları var. Mən qarmonu daha çox sevdirə bilərəm. Necə ki, böyük sənətkarlar bu ələti bizlərə sevdiriblər, bizim də borcumuz bunu daha da püxtələşdirməkdir. Eyni aləti 30 il ifa etmək düzgün olmaz. Hər bir insan öz bacarığına əlavələr etməlidir ki, sənət inkişaf etsin.
- Qarmonda böyük dəyişikliklər edən Ənvər Sadıxov hansı rəqs və ya instrumental musiqisi ilə tanınır?
- Bəzi rəqs havaları yazmışam. Lakin onlar evdə qaralama kimi qalıb. Bəzən isə yazdıqlarım xoşuma gəlmir deyə üzə çıxarmıram. Məndə bir iş çox gecə başa gəlir. Həmişə musiqini hazırlayıram və zamanı gözləyirəm. Sonra yenidən qayıdıram həmin musiqinin üzərinə, görüm yaxşıdı, yoxsa pis. Çünki zaman keçdikcə insan bunu hiss edir. Cəmi bir bəstəm var ki, o da "Balamın balası" mahnısıdır. Məndə ən yaxşı alınan odur ki, bir mövzunu götürüb, ona öz yanaşmamı gətirirəm. Mahnının kökünü saxlayıram, amma ona yaxşı münasibətimi bildirirəm, yeni oranjemanda ifa edirəm. Bu zaman inkişaf gedir. Məsələn, "Bizim Cəbiş müəlim" filminin mahnısını, "Lebertanqo"nu ifa edərək nə isə başqa yeniliklər etdim. Bu kimi işləri bacarıram, amma sırf bəstəkar kimi hərdən alınır. Bəstəkarlıq çətin işdir.
- Niyə Ənvər Sadıxov efirlərimizi zəbt edən digər instrumental ifaçılar kimi məhşur deyil?
- Mən şöu göstərə bilmirəm də... Ümumiyyətlə, hər dövrdə, hər zamanlarda belə olub. İnsanların səni tanıması üçün efirə çıxırsan, klip çəkdirirsən, həmin klipləri 3-4 dəfə televiziyada verirlər. Mənim kliplərimin birini efirdə ya təsadüfən görmüsünüz, bəlkə də heç görməmisinz. Bunun üçün "raskrutka" lazımdır. Efirdə təkrarən verilməlidir ki, reklam olunsun. Hər şey reklamdan asılıdır.
Əlbəttə musiqini başa düşənlər sənə qiymət verir. Söhbət kütlədən gedirsə, kütlə ancaq bütün günü "zəngimcell"i görür. Əgər orada varsansa, deməli, dəbdəsən. Televiziyada varsansa, dəbdəsən, yoxsansa yaddan çıxırsan. Amma yaxşı musiqiçi tarixdə qalır. Vaxt keçdikcə, həmin sənətkarın ifasına dönə-dönə baxacaqsan, görəcəksən o, nəyi ifa edib. Deəyəcəklər ki, Allah onun canını sağ eləsin, nə gözəl efa edir. Ola bilər ki, həmin ildə sən onu reklam etməyəsən, amma həmin ifaçı tarixdə qalır axı... Sonradan başa düşəcəklər ki, bu, daha yaxşı idi. Amma ifa edə-edə hərəkətlər etmək, şou göstərmək də gözəl şeydir. Həmin şəxs istər-istəməz vizual effekt verir, insanlar onu daha çox yadda saxlayır. Öz aralarında deyirlər ki, gördün filankəs neynəyirdi? Amma həmin şəxs üçün vacib deyil, ifaçı orada nə çalır. Ola bilər ki, mən həmin ifaçıdan daha yaxşı bir şey çalım, amma yerimdə oturum, effekt verməsin. Məni başa düşmək üçün gərək qulaq olsun. Eşitsin ki, bu, nə çalır, nə edir. Amma yerindən tərpənən kimi bunu hamı görür. Onu da bacarmaq lazımdır. Yəni, artistizm, malı satma məsələsi var.
- Azərbaycanda insanlarımız niyə bayağaı, düşündürməyən musiqilərə daha çox qulaq asır? Elə bil, bu ölkədə Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov olmayıb...
- Bunun hamısı təbliğatla bağlıdır. Televiziyada, radioda, dayanacaqlarda görün hansı musiqiləri verirlər? Avtobus sürücüsü qulaq asdığı musiqi ilə ətrafındakı, daşıdığı insanların beynini xarab edir. Ona insanların zovqünü korlamağa icazə verilməməlidir. Kimdir ki, təbliğata baxan? Azad zamanda yaşayırıq, kimin ağlına nə gəlir, onu da ifa edir. Televiziya da ki, maşallah nəyi istəyir 10 dəfə verir. Bunun qarşısını kim ala bilər ki? Burada iş təbliğatçıların üzərinə düşür.
- Bəs sizin kimi sənətkarların üzərinə nə düşür?
- Onda gərək mən iş-gücümü atıb, efirlərlə məşğul olum. Bayağı musiqini gündə 100 dənə yazmaq olar. Amma Qara Qayevin simfoniyasını 1 ilə yazmaq olmaz. Mən tez-tez ifa edə bilmərəm də. Gərək mən gözləyəm ki, gözəl yazılsın. Tez-tez efirə çıxsam, mən də olacam onların tayı. Məgər məndən başqa musiqiçi yoxdur?
- Siz uzun müddət xalq artisti Briliyant Dadaşovanın ansamblında işləmisiniz. Məhşurlaşmağınızda bunun rolu olubmu?
- Əlbəttə, təsiri olub. Mümükün deyil ki, təsiri olmasın. Çünki Briliyant Dadaşova yaradıcılığımın 10-11 ilini birdə işlədiyim gözəl müğənnidir. Belə fikirləşsək ki, Brilyantla işləməyib, tək öz üzərimdə işləsəydim, bir başqa cür inkişaf ola bilərdi. Bəli, ola bilərdi, amma bəlkə də bu inkişaf başqa bir səmtdə olardı. Bunu artıq mən deyə bilmərəm. Yəni, qismət olub, Birilyantla işləmişəm və fəxr edirəm ki bir yerdə işləmişik. Bu da başqa cür inkişaf olub. O boyda müğənnini müşaiyət etmək böyük xöşbəxtlikdir. Orada da nə isə öyrənirsən, lazım olanda solo karyeranı inkişaf etdirə bilərsən.
- Siz ya efirdə olursuz, ya da zəngin insanların toy məclislərində. Buna görə də, sizi efir və saray musiqiçisi adlandırırlar. Bu fikirlə razılaşırsınız?
- Yox, siz nə danışırsınız? Mən ömrüm boyu, elə indi də kasıb toylarında elə çalmışam ki, hətta varlının məclisindən min dəfə yaxşı alınıb. İndiki gündə mənə təlabat varsa, varlı məclislərinə çağırılıramsa, getməliyəm. Sənin işin budur, hara çağırılırsan, ora gedirsən. İmkan dairəsində kasıb insanların, məni sevən şəxslərin toyuna gedib 2-3 mahnı ifa edirəm. Toy zamanı müğənniyə harasa çıxıb getmək asandır, amma mən toydan çətin çıxa bilərəm. İmkan olanda isə heç olamasa 3 mahnı ifa edib məni sevən şəxsin arzusunu həyata keçirirəm.
- Bəs toylara niyə həmişə Abbas Bağırovla birlikdə gedirsiniz? Abbasla müqaviləniz-filan var?
- Abbasla birlikdə işləyirik. Mən başqa müğənni ilə toya getmirəm. Çünki bizim birlikdə danışığımız olub. Heç Abbas da başqa ansambl ilə toya getmir. Çünki ayrılıqda toylara getsək, hər bir işimiz dağılar. Bu iş artıq belə qurulub. Uşaqlar da buna örəyişlər. Sabah mən başqası ilə toya getsəm, Abbas da başqası ilə gedəcək.
- Toy qiymətlərinizi bilmək olar?
- Toy qiyməti müxtəlifdir. Ümumiyyətlə, 10-12 minə deyirik. Kimsə az versə, hörmət edirsən. Bir az Abbas, bir az da mən qiymətdə aşağı düşüb ortaq məxrəcə gəlirik. 10 minin 10 min qədər problemi var. Birincisi, ansambl böyükdür. İkincisi isə, hərənin də o qədər problemi var. Hər bir nəsildə kimsə işləyib, qabağa düşüb, digərləri də ondan yararlanır. Əlbəttə, Allah yetirib, sən də köməklik etməlisən.
Anar Məmmədov
Milli.Az
Şou-biznes
Ənvər Sadıxov: “Məni başa düşmək üçün gərək insanda qulaq olsun”
24 Sentyabr 2010 09:34
Baxış: 2 685

DİGƏR XƏBƏRLƏR
-
"Titanik" və "Avatar"ın rejissoru Trampa görə ABŞ-ı tərk etdi
-
“Qod Nisanovun ifam xoşuna gəldi, mənə konvert göndərdi” - Azərbaycanlı müğənni - FOTO
-
"Çimnaz Sultanova çox imkanlı idi" - FOTO
-
Xatun sevdiyi şəxsdən danışdı - VİDEO
-
Babası vəfat etdiyi gün yarışan iştirakçı atasını itirdi
-
Aşıq Zülfiyyənin səhhətində ciddi problem yaranıb
XƏBƏR LENTİ
-
Qiymətlər yenidən sürətlə artmağa başlayıb - səbəbi...
-
"Titanik" və "Avatar"ın rejissoru Trampa görə ABŞ-ı tərk etdi
-
Quşla toqquşan təyyarə havada alışdı - VİDEO
-
“Qod Nisanovun ifam xoşuna gəldi, mənə konvert göndərdi” - Azərbaycanlı müğənni - FOTO
-
Zelenski Starmerlə görüşdü
-
Ofsaydla bağlı tarixi qərar - futbolda 4 yeni qayda - yenilənib
-
Vəfat edən hərbi qulluqçumuzun FOTOsu
-
Türkiyə Super Liqasında ölümcül zədə - VİDEO
-
"Çimnaz Sultanova çox imkanlı idi" - FOTO
-
Ağcabədidəki dəhşətli qəzada ölənlərin FOTOları
-
Gecəyarısı planlaşdırılmış CİNAYƏT: Azərbaycanda tibb bacısına dəhşətli İŞGƏNCƏ VERİLDİ
-
2025-ci ilin ən etibarlı 10 avtomobili - siyahı
-
Gəncədə qadın dəm qazından zəhərləndi
-
Mingəçevirdə binada yanğın oldu
-
Xatun sevdiyi şəxsdən danışdı - VİDEO
-
Taleyin həmişə ikinci şans verdiyi yeganə BÜRC
-
Azərbaycan boksçuları Dünya Kuboku statuslu yarışda iştirak edəcəklər
-
Babası vəfat etdiyi gün yarışan iştirakçı atasını itirdi
-
Lənkəranda əməliyyat: silahlı şəxs saxlanıldı
-
"Yuventus"un keçmiş futbolçusu 32 yaşında öldü
-
Mahir nəhayət ki, “Nürnberq”də meydana çıxdı
-
Atasının avtomobilini idarə edən yeniyetmə qəza törətdi - Xəsarət alan var
-
Aşıq Zülfiyyənin səhhətində ciddi problem yaranıb
-
Biləsuvarda yeniyetmə "Niva"nı aşırdı, yaralılar var