Tanınmış teleaparıcı Xədicə Sənanqızının Milli.Az-a müsahibəsi.
- Necə oldu ki, aparıcı oldunuz?
- Mən əslində ixtisasca filoloqam (rus dili müəlliməsi). Uşaqlıqda ya müəllimə, ya da həkim olmağı arzulayırdım. Heç ağlıma da gəlməzdi ki, aparıcı olaram. Təsadüfən oldu desəm, yanılmaram. ANS telekanalında müsabiqə keçirilirdi. Mən də özümü sınamaq üçün həmin müsabiqədə iştirak etdim və nəticədə 280 nəfərin arasından seçilənlərdən biri oldum. Onu da deyim ki, əvvəl-əvvəl atam, anam və qardaşlarım mənim aparıcı olmağımı qətiyyən istəmirdilər. Lakin mən bu işdə mübariz oldum və inadkarlıq göstərdim. Bir neçə müddətdən sonra onları razı sala bildim.
- Aparıcılıqla yanaşı, seriallarda da rol alırsınız. Sizin üçün aparıcılıq asandır, yoxsa aktrisalıq?
- Mənə görə, aparıcılıq aktrisalığa nisbətən daha asandır. Ola bilər ki, mən bu işlə illərdir məşğul olduğum üçün mənə belə görünür.
- Dərdinizi birinci kiminlə bölüşürsünüz?
- Anamla. Demək olar ki, o, mənim ən yaxın rəfiqəmdir.
- Kimə və nəyə "yox" sözünü deyə bilmirsiniz?
- Ümumiyyətlə, "yox" sözünü demək mənim üçün həddindən artıq çətindir.
- Pulunuzu ən çox nəyə xərcləyirsiniz?
- Kosmetik vasitələrə və ətirlərə.
- Nədən boyun qaçırırsınız?
- Neqativ insanlarla ünsiyyətdə olmaqdan həmişə boyun qaçırmışam.
- Elə bir xüsusiyyətiniz varmı ki, onu heç kimdən gizlədə bilmirsiniz?
- Mən heç vaxt öz mülayimliyimi gizlədə bilmirəm. Heç kimə qarşı sərt olmağı bacarmıram. Təbii ki, bundan sui-istifadə edənlər də olur.
- Nəyin acısını yaşamaqdan qorxursunuz?
- Valideynlərimi itirməkdən çox qorxuram. Düşünürəm ki, bu itkinin acısına dözə bilmərəm.
- Sizi illərdir ki eyni saç düzümündə görürük. Haçansa dəyişiklik etmək fikriniz var?
- Hələ ki, yoxdur. Bu saç düzümü mənə yaraşır. Ətrafımdakı insanlar da bunu deyirlər. Onu da deyim ki, saçımı məktəb illərində kəsdirmişəm.
- Sevmək sizi haçansa qorxudub?
- Qətiyyən. Mən sevəndə dəlicəsinə sevirəm.
- İndi sevirsiniz?
- Bəli. Sevdiyim insan var. Münasibətlərimiz ciddidir. Ailə qurmağa hazırlaşırıq.
- Hansı insanlarla ünsiyyət qurmaqdan çəkinirsiniz?
- Qapalı və dar düşüncəli insanlarla həmsöhbət olmaq istəmirəm.
- Uzun müddət ağır xəstəlikdən əziyyət çəkmisiniz. Bəs sağalandan sonra nəyi daha yaxşı anladınız?
- Bəli, 3 ilə yaxın ağır bir xəstəlikdən əziyyət çəkdim. Çox çətin anlar yaşadım. Amma şükürlər olsun ki, indi səhhətimdə problem yoxdur. Mən sağalıb ayağa qalxandan sonra həyatı daha çox sevməyə başladım. Hətta gecələr də yatmaq istəmirdim.
- "Doktorlar" serialından niyə ayrıldınız?
- Mən "Qaynana" serialı ilə paralel "Doktorlar" serialına da çəkilirdim. Bu, əvvəlcə mümkün idi, icazəm var idi. Sadəcə olaraq, indi müqaviləyə əsasən, başqa seriallarda rol ala bilmərəm. Ona görə də hal-hazırda yalnız "Qaynana" serialına çəkilirəm.
Cavidan Abdullayev
Milli.Az
Şou-biznes
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Tanınmış azərbaycanlı teleaparıcı: "Sevdiyim insan var..." - FOTO
18 Fevral 2013 09:30
0 Şərh
Baxış: 5 384

DİGƏR XƏBƏRLƏR
-
Ayrılıq xəbərləri yayılmışdı - belə görüntüləndilər - VİDEO
-
Nadir Qafarzadənin oğlunun toyudur - YENİLƏNİB - VİDEO - FOTO
-
Bu da azərbaycanlı aparıcının özündən gözəl QIZI - FOTOlar
-
Aygün Kazımovanın qızı İlqarə ƏRƏ GEDİR?
-
"Bakılı oğlanların" aktyoru oğluna toy etdi - VİDEO - FOTO
-
İbrahim Tatlısəsin gerçək soyadı ortaya çıxdı
XƏBƏR LENTİ
-
Pivə niyə qarnı piyləndirir? - Açıqlama
-
Qalatasaraylı oyunçu dünyanın ən güclü ikinci futbolçusu seçildi - FOTO
-
Payız depressiyasından belə qurtulun
-
Suriya Prezidenti Əş-Şara diplomu həyat yoldaşına özü təqdim etdi
-
Jose Mourinyo “Fənərbaxça”nı izləmədən çıxardı
-
Putin Gerasimovu təltif etdi
-
Günün qoroskopu: Borc almaq və ya vermək üçün uyğun gün deyil
-
Yunus Akgün nişanlandı - FOTO
-
İzmirdə polis idarəsinə hücum edən 16 yaşlı şəxsin valideynləri hər şeyi açıqladı: Son vaxtlar… - YENİLƏNİB - FOTO
-
Netanyahu Qəzza sakinlərinə müraciət etdi
-
Maaşını ala bilmədiyini deyən işçiyə cavab - “Dərslərdə telefonla oynayırdı” - FOTO
-
Azərbaycan incəsənətinə ağır itki - FOTO
-
Sinənizdə bu əlamətlər varsa, mütləq həkimə gedin - Onkoloq xəbərdarlıq etdi
-
Bakının iki rayonunda su kəsiləcək
-
Meksikada qatarla avtobus toqquşdu - xeyli sayda ölən və yaralanan var
-
Qədri bilinmir, amma damarları təmizləyir, arıq saxlayır - Gözə də faydası var
-
Ayrılıq xəbərləri yayılmışdı - belə görüntüləndilər - VİDEO
-
Aramızdakı "gizli düşmən" - Orqanizmi məhv edir: Hər evdə var...
-
Fransa hökuməti buraxıldı
-
Tiflisdə ciddi qarşıdurma: polis müdaxilə etdi - VİDEO
-
Xızıda kütləvi zəhərlənmənin səbəbi açıqlandı - YENİLƏNİB
-
Naxçıvanın rabitə məsələsi necə həll olunacaq? - Rəsmi açıqlama
-
Estoniya Rusiyaya nota verib
-
Nadir Qafarzadənin oğlunun toyudur - YENİLƏNİB - VİDEO - FOTO