"Avroviziya"dan kuryerliyə - Fərid Məmmədovun sonrakı həyatı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanı 2013-cü ildə "Avroviziya" mahnı müsabiqəsində uğurla təmsil edən müğənni Fərid Məmmədov uzun müddətdir sənət fəaliyyətindən uzaq həyat sürür.
Milli.Az xəbər verir ki, 1991-ci il avqustun 30-da Bakıda anadan olan Fərid Məmmədov orta təhsilini İlyas Əfəndiyev adına Elitar Gimnaziyada alıb. Musiqiyə olan marağı onu erkən yaşlarından Rəşid Behbudov adına 2 nömrəli musiqi məktəbinə aparıb. Burada fortepiano üzrə təhsil alan ifaçı daha sonra Əməkdar artist Aybəniz Haşımovanın rəhbərliyi altında vokal sənətinin incəliklərini öyrənib.
Fərid Məmmədovun ən böyük uğuru 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilən 58-ci "Avroviziya" Mahnı Müsabiqəsində əldə olunub. "Hold Me" mahnısı ilə çıxış edən sənətçi ikinci yeri tutaraq Azərbaycana 234 xal qazandırıb. Bu nəticə uzun müddət ölkəmizin müsabiqədə topladığı ən yüksək xal göstəricilərindən biri kimi yadda qalıb.
Müsabiqədən sonra ifaçının səhnə fəaliyyəti xeyli zəifləyib. O, bir müddət sonra ABŞ-a köçərək ictimaiyyətdən uzaq həyat yaşamağa üstünlük verib. Müxtəlif iddialara görə, Fərid Məmmədov həmin ölkədə bir müddət kuryer kimi də çalışıb. Bu məlumatlar geniş yayılsa da, müğənni onları açıq şəkildə təkzib etməyib.
2016-cı ildə Fərid Məmmədov ABŞ-də Nigar adlı xanımla ailə həyatı qurub. Cütlüyün bu evlilikdən bir oğlu dünyaya gəlib. Sənətçi şəxsi həyatını mediadan uzaq saxlayaraq toy mərasimini də qapalı şəkildə keçirib.
Onun yaradıcılığında "Gəl yanıma", "İnan", "Hold Me" və "All I Ask" kimi mahnılar yer alır. 2019-cu ildə Türkiyədə amerikalı müğənni Della Miles ilə eyni səhnəni paylaşsa da, sonradan yenidən sənət fəaliyyətindən uzaqlaşıb.
Hazırda Fərid Məmmədov sosial şəbəkələrdə daha çox idman məşqləri, səyahətləri və gündəlik həyatından görüntülər paylaşaraq izləyiciləri ilə əlaqəsini davam etdirir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
Bahar Lətifqızı: "Övladlarım dedilər ki, biz sənsiz qala bilmirik"
-
ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - Özü açıqladı - (Video)
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
XƏBƏR LENTİ
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
“Qırmızı körpü”də yük maşınlarından 40 ton dizel və gizli yüklər tapıldı
-
Bakıda maşın "Arzum" mağazasına girdi
-
Bu şəxslər üçün gedişhaqqı cəmi 1 qəpik olacaq - Bu tarixlərdə
-
Meşə torpaqlarını icarəyə vermək adı ilə rüşvət alıblar - Direktor həbs edildi





